Dərc edildi: Baxış sayı: 5677
Mumiyanın 25 faydası
Mumiya hələ qədim Hindistan, Misir və Yunanıstanda faydalı müalicəvi təsirinə görə təbabətdə istifadə olunurdu.
Onun barəsində ilk dəfə Aristotel araşdırma aparıb. Elə o dövrdən indiyə kimi mumiya müxtəlif xarici və daxili xəstəliklərin müalicə və profilaktikada istifadə olunub.
Medicina.az xəbər verir ki, mumiyanın bir neçə növü var. Ən geniş yayılmışı quşların tullantısından yaranır. Səmada uçan quşlardan düşən nəcis və tullantı qayalıqların çatlarına dolur, minerallarla zənginləşir. Bundan mumiya ekstraktı hazırlanır.
Mumiya sınıq, yanıq, travma, yaralar, mədə yarası, 12barmaq bağırsaq xorası, kolit, qəbizlik, qatrit, qaraciyər, öd kisəsi, mədəaltı vəzi xəstəlikləri zamanı mumiya istifadə olunur.
Mumiya ekstrakt həm daxilə, həm xaricə tətbiq olunur.
Aptekdə mumiyadan mazlar, gellər, tabletlər, damcı formaları satılır.
Mumiyanın müalicə etdiyi xəstəliklər:
-başağrısı
-pnevmoniya
-bronxit
-angina
-astma
-babasil
-sonsuzluq
-kəkələmə
-ginekoloji xəstəliklər
-radikulit
-sistit
-iflic
-nevralgiya
-eşitmə pozuntusu
Natural mumiya orqanizmdə biosintez prosesini yaxşılaşdırır, bədəni zərərli mikorqanizmlərdən təmizləyir.
Mumiyanın heç bir əks təsiri yoxdur. Amma dozanı aşdıqda, ürəkbulanma, diareya baş verir.
Əgər sizin yuxarıdakı xəstəliklərdən biri yoxdursa, sadəcə möhkəmlənmək məqsədilə qəbul etmək məsləhət deyil.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlətDaha Çox