Slimfit
  1. AZƏRBAYCAN

Multikulturalizm Mərkəzində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Multikulturalizm Mərkəzində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Sakura

Multikulturalizm Mərkəzində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Yanvarın 17-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş toplantı keçirilib.

AZƏRTAC xəbər verir ki, BBMM-in icraçı direktor əvəzi Rəvan Həsənov tədbirdə çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələrinin Azərbaycan xalqına dəhşətli faciə yaşatdığını qeyd edib. O, bu hadisənin Azərbaycan tarixinin qanlı, eyni zamanda, ən şanlı səhifələrindən biri olduğunu bildirib. Qeyd edib ki, 20 Yanvar faciəsində qətlə yetirilənlərin arasında digər xalqların nümayəndələri də olub. Bu isə bir daha sübut edir ki, Vətənin suverenliyi və bölünməzliyi uğrunda Azərbaycan xalqı həmişə həmrəy olub, birlik nümayiş etdirib.

Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin aparıcı məsləhətçisi Anar Əlizadə qanlı gecənin dəhşətlərindən danışaraq bildirib ki, bu hadisə xalqımızın gözünü qorxutmadı, əksinə, sovet imperiyasına qarşı nifrəti daha da artırdı. Həmin hadisələr Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədilə gerçəkləşdirilmişdi. O dəhşətli gecədə həlak olan Vətən oğulları tariximizə parlaq səhifə yazaraq xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev bildirib ki, Qanlı Yanvar hadisələri Azərbaycan xalqının azadlıq istəyini əlindən ala bilmədi. 20 Yanvarın Azərbaycan xalqının qəhrəmanlıq tarixi olduğunu deyən deputat bu cür hadisələrdən ibrət götürərək müstəqilliyimizi qorumağın bizim üçün müqəddəs məqsəd olduğunu qeyd edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib ki, həmin gecə Azərbaycan xalqı sovet ordusunun qarşısında əliyalın qəhrəmanlıq göstərdi. Buna görə biz böyük qürur hissi keçiririk. O, Şəhidlər xiyabanında təkcə müsəlmanların yox, eyni zamanda, xristian, yəhudi dinlərinin nümayəndələrinin də uyuduğunu qeyd edərək bu yerin bütün Azərbaycan üçün müqəddəs olduğunu vurğulayıb.

Tədbirdə Bakı şəhəri Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Melih Yevdayev, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, AMEA-nın Fəlsəfə İnstitutunun şöbə müdiri Könül Bünyadzadə, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturasının yepiskopu Vladimir Fekete, Talış Mədəniyyət Mərkəzinin rəhbəri İmamverdi Həmidov, “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin rəhbəri Fəxrəddin Paşayev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri Aytən Qəhrəman, Alban-Udi xristian icmasının rəhbəri Robert Mobili və başqaları çıxış edərək XX əsrdə insanlığa qarşı törədilmiş qırğınların ən dəhşətli səhifələrindən olan 20 Yanvar qətliamının xalqımızın qan yaddaşına əbədi həkk olunduğunu deyiblər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR