Slimfit
  1. AZƏRBAYCAN

Mühüm layihə: Sakinlərə pulsuz avadanlıq verildi - Rəsmi

Mühüm layihə: Sakinlərə pulsuz avadanlıq verildi - Rəsmi
Sakura

Mühüm layihə: Sakinlərə pulsuz avadanlıq verildi - Rəsmi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Bakı Telefon Rabitəsi MMC (“Baktelecom”) fasiləsiz və keyfiyyətli telekommunikasiya xidmətlərinin göstərilməsi istiqamətində “Evədək optika” layihəsini həyata keçirir.

Bu barədə “Baktelecom”dan Axar.az-ın Sabunçu rayonunda internet xətlərinin ödənişsiz şəkildə yenilənməsi ilə bağlı sorğusuna cavab olaraq bildirilib. Qurumun məlumatına görə, yeni layihə bir çox xüsusiyyətlərinə görə əvvəlki tariflərdən daha sərfəlidir:

“Alternativ texnologiyadan fərqli olaraq, 100 Mbit/s-ə qədər qoşulma sürəti, kəsintisiz internet, telefon xətlərindən asılılığın olmaması kimi üstünlüklərə malik GPON texnologiyası fiber-optik xətlər üzərindən tətbiq edilir. Layihə çərçivəsində müasir standartlara cavab verən yeni stansiyalar qurulur və yaşayış binalarında köhnəlmiş mis kabellər yeni optik kabellərlə əvəz edilir. “Baktelecom” yenidənqurma işlərini tamamilə ödənişsiz həyata keçirir, eyni zamanda, abunəçiləri texnologiyanı dəstəkləyən avadanlıqlarla pulsuz təmin edir.

Bundan başqa, yenilənmiş sərfəli tariflərlə fərdi və korporativ müştərilərə eyni qiymətə daha çox sürət paketi təklif olunur. Belə ki, 15 Mbit/s və 25 Mbit/s sürətli internet xidmətindən istifadə edən abunəçilər üçün sabit şəbəkə telefonlarından istifadə pulsuzdur”.

“Baktelekom”dan həmçinin bildirilib ki, layihənin birinci mərhələsi artıq yekunlaşıb:

“İlin sonuna qədər 60 minə yaxın mənzildə GPON texnologiyası üzərindən multimedia xidmətlərinin təqdim olunması üçün infrastruktur yaradılacaq.

Daha çox sakinə yüksəksürətli telekommunikasiya xidmətlərinin göstərilməsi üçün layihənin ikinci mərhələsinə start verilib. Yaxın zamanda 100 minə qədər mənzilin sakinləri bir optik xətt üzərindən multimedia xidmətləri ala biləcəklər. “Baktelecom” bu istiqamətdə dünya miqyaslı “Nokia” şirkəti ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, ilkin mərhələdə 400 min avadanlığın alınması nəzərdə tutulub”.

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “BakİnterNet”lə birgə ötən gün Sabunçu rayonu ərazisində internet kabellərini yeniləyib. İnternet xətlərinin yenilənməsi zamanı qurum əməkdaşları hər mənzilə ayrıca modem quraşdırıb. Hətta modem olan evlərə belə yeni modemlər paylanılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR