Dərc edildi: Baxış sayı: 851
Müharibənin yazılmayan qanunlarından əziyyət çəkənlərə dəstək
Vətən Müharibəsi qazilərinin yaraları təkcə fiziki yox, həm də psixolojidir.
Bu gün onların normal həyata qayıtması üçün həkim-psixiatrlar əllərindən gələni edirlər.
Baku TV-yə müsahibə verən həkim Səbinə Rəşidova qeyd edib ki, müraciət edən qazilərə digər pasiyentlər tərəfindən də daim hörmət edildiyi üçün onlar demək olar növbə gözləmədən qəbula düşürlər.
Müharibədə yaşadıqlarına görə psixoloji sarsıntı keçirmiş şəxslər və onların ailə üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılmış Sosial Xidmətlər Agentliyinin onlayn psixoloji dəstək xidmətinə 050 406 75 85 nömrəsi ilə müraciət edə bilərlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət