Slimfit
  1. MEDİA

MÜHARİBƏDƏN SONRA: AZƏRBAYCAN PERSPEKTİVİ. (Proqnoz-təhlil)

MÜHARİBƏDƏN SONRA: AZƏRBAYCAN PERSPEKTİVİ. (Proqnoz-təhlil)
Sakura

MÜHARİBƏDƏN SONRA: AZƏRBAYCAN PERSPEKTİVİ. (Proqnoz-təhlil)

                                       4-cü Hissə

 

 

Uzun müddətdən bəri, labüd reallıq olan sistem dəyişiklikləri və islahat zərurətini, “zibili, xalının altına süpürməklə” yola verən hakimiyyət üçün əlindəki bütün resursların tükəndiyi və Qarabağ cəbhəsində nəzarətin itdiyi bir şərait, hər halda, ola biləcək ən qəliz və ən ağır şəraitdir. Odur ki, artıq, iqtidar, “ya indi, ya heç vaxt” kimi həlledici bir qərar anına yaxınlaşmaqdadır və ortabab bir politoloqun da görə biləcəyi qədər aşkar olan bu vəziyyəti, görməməsi mümkün deyil.

Deməli, yaxın zamanlarda, ya hakimiyyət, heç olmadığı qədər kardinal və gözlənilməz qərarlar verəcək; ya da hadisələr, onu qabaqlayacaq və ölkədə, ciddi çalxantılar və ya etirazlar baş verəcək. Hakimiyyətin, hadisələri qabaqlamaq üçün sərt qərarlar verməsi, yüksək ehtimal olsa da, bu “sərtliyin” özündə nələri ehtiva edəcəyi, yaxud da bu “sərtliyin”, xalqın lehinə ola biləcəyi müəmmalıdır. Hər halda, özünü qoruma refleksi ilə, “iri” fiqurlarını qurban vermək və Qarabağ cəbhəsində xüsusi nələrsə etmək, daha güclü olasılıqdır. Əslində, ehtimal daxilində olan və avtoritar hakimiyyətlər üçün ən cəlbedici seçimlərdən olan başqa bir variant da var ki, o da “dövlət çevrilişi şousu”dur. Ki, Ramiz Mehdiyev klanı başda olmaqla, hakimiyyət içində ciddi əks güclərin olduğu bir şəraitdə, çevrilişə bənzər davranışların, həm ehtimalı yüksəkdir, həm də cəmiyyəti buna inandırmaq asandır. Xüsusən də, iqtidarın zəifləməsi hadisəsi ilə, əks-qruplaşmaların aktivləşməsi hadisəsinin düz mütənasib hadisə olduğunu nəzərə alanda, yaxın zamanda, bu istiqamətdə, yeni və xüsusi nələrinsə baş verməsi, zəif ehtimal deyil. Hər halda, Mehdiyev xəstə və zəif durumda olsa belə, onu əvəzləyəcək yetərincə sayda və gücdə şəxslər və qüvvələr, elə iqtidar daxilində mövcuddur və onların mütləq ki, bəzisi, sadəcə olaraq, əlverişli şəraitin yetişməsini gözləyirlər.

Hər halda onlar üçün birdəfəlik “silinib atılmaq”, asan həzm oluna bilən və eqolarına sığışdıra biləcəkləri bir seçim deyil.

Digər tərəfdən, ölkənin; müharibənin təsiriylə, hərbi areala geniş meydan verməsi və hərbçilərin, ictimai çəkisinin və nüfuzunun yüksəlməsi ilə paralel, onlara göstərilən diqqət və qayğının, gözləntilərə tərs olması da ciddi bir olaydır. Əgər Qarabağ cəbhəsində, yaxın zamanda, iqtidar, ciddi dönüş yarada bilməsə və ipi, tamamiylə Rusiyaya buraxsa, bu, təbii ki, erməni terrorçularının hökmranlığı və yuxarı Qarabağın faktiki 3-də 2-sinin itirilməsi demək olacaq. Bu şəraitdə də, sadə hərbçilərdə, diqqətsizliyə təpki olaraq formalaşmış asi ruhiyyə, yuxarı eşalonlara və idarəedici zabitlərə də sıçraya biləcəkdir. Beləliklə də, Nəcməddin Sadıqov və digər “yadların” tərk-silah olmasına baxmayaraq, ölkənin müdafiə nazirliyinin və hərbi sisteminin, hələ də tam kontrol altında, və doğru-dürüst bir konfiqurasiyaya sahib olmadığı bir şəraitdə; müharibədə xüsusi fərqlənmiş, ya da ciddi avtoriteti olan istənilən general üçün “hərəkətə keçmək”, psixoloji fazada, asan bir məsələdir. Bu, illah da hərbi çevriliş cəhdi anlamına gəlmir, gizli və üstüörtü hansısa siyasi ya da provokativ cəhd şəklində də təzahür edə bilər.

“Tərtər işi” də, əslində, bu üsyankarlıq meyilləri üçün əlavə zəmin yaratmaqda və hərbi platformanı daha da xaotikləşdirməkdədir.

Dolayısıyla da indi üçün gözlənilməz və supriz görünsə də, bir neçə ay sonra bizi, baş tutmamış hərbi çevriliş cəhdi və ya “asi zabitlərin cəzalandırılması” aktı gözləyə bilər.

Beləliklə də ölkədəki durum, hərbi amilin də əlavə olunması ilə; bir tərəfdən siyasi, digər tərəfdən iqtisadi, başqa bir tərəfdən də hərbi spektrlərdə yetərincə mürəkkəbləşməkdə və iqtidar üçün nəzarətolunmaz vəziyyətə gəlməkdədir. Şübhəsiz ki, artıq bundan sonra, belə bir həssas şəraitdə, bu sahələrdən hər hansı birindəki nəzarət zəifliyi, digər aspektləri də birbaşa təsiri altına alacaqdır. Yəni, hərbi sahədə baş verəcək xaotik vəziyyət, birbaşa olaraq ölkədə siyasi balansı şəkilləndirəcəyi kimi, siyasi sahədə baş verəcək kataklizmlər də hərbi sahədə dəngələrə ciddi təsir edəcəkdir və eynilə 1994-95 illərdə H. Əliyev hakimiyyətinin siyasi-hərbi kövrəkliyindən istifadə edən Sürət Hüseynovun və ya Rövşən Cavadovun çıxışları kimi, açıq, ya da dolayı çıxışlara meydan verəcəkdir. Çünki, artıq ölkədə, müharibədən sonra, siyasətlə hərb, faktiki iç-içə keçmiş və üzvi əlaqəyə sahib, tandem durumundadır və Qarabağdakı vəziyyət, nəzarətə keçmədiyi müddətcə, bu, dəyişməyəcəkdir.

Nəticə etibarilə söyləmək olar ki; 2020-ci ilin sonların yaxın, çıxılmaz vəziyyətdə olan İ. Əliyev, iqtisadi və siyasi kanallarda açılım etməyi qəbul etməyərək, bu sferalardan kənarda yeni kanal açmaqla-hərbi sahəyə baş vurmaqla, müvəqqəti və qismi bir “çarə” tapmışdır, lakin eyni zamanda da bu, problemlərin və çıxılmazlıqların üstünə, yenilərini əlavə etmək anlamına gəlmişdir.

                                                                       

                                            “Elmi Proqnozlaşdırma Mərkəzi”nin direktoru Yunis Dürüst

 

Mərkəzin fəaliyyətini hələki fb səhifəsindən izləmək olar: https://www.facebook.com/ElmiProqnozlashdirmaMerkezi/about/?ref=page_internal

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR