Slimfit
  1. AZƏRBAYCAN

“Müharibə təhlükəsi çox böyükdür” Serj Sarkisyan

“Müharibə təhlükəsi çox böyükdür” Serj Sarkisyan
Sakura

“Müharibə təhlükəsi çox böyükdür” Serj Sarkisyan

Ens.az xəbər verir ki,Ermənistanda və Ermənistan ətrafında indi baş verən hadisələr 2016-cı ildə Qarabağdakı aprel müharibəsi ilə sıx bağlıdır. SİA Ermənistana məxsus lragir.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan deyib.

"Aprel müharibəsi sadəcə müharibə deyil, daxili və xarici siyasətə təsir edən böyük bir hərbi-siyasi hadisə idi. Müharibə Qarabağın müdafiəsi və təhlükəsizliyi ilə, danışıqlar prosesi ilə sıx bağlı idi. Bu gün təəssüf ki, bu ya sona çatmayıb, ya da düşündüyüm kimi davam etmir və bununla da müharibə təhdidini artırır", deyə Sarkisyan bildirib.

Qeyd edək ki, Serj Sarkisyan 2018-ci ildə istefa verdikdən sonra aprel döyüşləri barədə bu gün ilk mətbuat konfransını çağırıb.

Onun sözlərinə görə, 2016-cı il müharibəsi xarici siyasətlə sıx bağlı idi və bu gün Ermənistan ətrafında baş verən hadisələr son dərəcə təhlükəlidir.

"Bu gün müharibənin yenidən başlaması təhlükəsi çox böyükdür", deyə Sarkisyan bəyan edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR