Dərc edildi: Baxış sayı: 402
Müharibə Qəhrəmanına yüksək vəzifə verildi
Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Babək Ələkbərov yüksək vəzifəyə təyin edilib.
Ens.az Trend-ə istinadən xəbər verir ki, 34 yaşlı polkovnik Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin komandanı təyin olunub.
O, bu vəzifədə DSX rəisi general-polkovnik Elçin Quliyevin şəxsi heyətlə iş üzrə rəis müavini təyin edilmiş general-leytenant Rəsul Tağıyevi əvəzləyib.
Qeyd edək ki, B.Ələkbərov Vətən müharibəsində şücaət göstərən hərbçilərdən biri olub. O, Zəngilan rayonu və Xudafərin körpüsünün azad edilməsini Ali Baş Komandan İlham Əliyevə məruzə edib. Müharibədən sonra Prezidentin sərəncamı ilə Babək Ələkbərova Vətən Müharibəsi Qəhrəmanı adı verilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət