Dərc edildi: Baxış sayı: 272
“Muğanbank”a cərimə protokolu yazıldı
“Muğanbank” Açıq Səhmdar Cəmiyyətinə inzibati protokol tərtib olunub.
Ens.az Pravda.az-a istinadən xəbər verir ki, müvafiq qurum tərəfindən protokol İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edilib.
İş Nərimanov Rayon Məhkəməsinin hakimi Hafiz Kamranovun sədrliyi ilə araşdırılacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət