Slimfit
  1. MƏDƏNİYYƏT

“Muğam axşamları” layihəsi yenidən qayıdır

“Muğam axşamları” layihəsi yenidən qayıdır
Sakura

“Muğam axşamları” layihəsi yenidən qayıdır

“Muğam axşamları” layihəsi növbəti dəfə muğamsevərlərin görüşünə gələcək. Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Beynəlxalq Muğam Mərkəzində reallaşacaq layihənin yeni mövsümdə ilk konsert proqramı oktyabrın 11-də “Mahur-hindi” və “Bayatı-kürd” muğamlarına həsr olunacaq.

Konsertdə respublikanın tanınmış xanəndələri Xalq Çalğı Alətləri ansamblının müşayiəti ilə muğamın müxtəlif şöbələrini ifa etməklə yanaşı, bəstəkar mahnıları və təsniflərə də yer verəcəklər.

“Muğam axşamları” layihəsinin ikinci mərhələsi bu ilin mayında başlanıb. Layihənin ikinci mərhələsinin noyabrın 1-də keçiriləcək növbəti konsertində “Orta mahur” və “Rahab” muğamlarına yer veriləcək. Xatırladaq ki, ötən mövsüm mayın 16-dan iyunun 30-na qədər layihə çərçivəsində tanınmış muğam ustalarının və gənc xanəndələrin ifasında “Rast”, “Şur”, “Segah”, “Çahargah”, “Bayatı-Şiraz”, “Şüştər” və “Humayun” muğamları səsləndirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR