Müflis olan banklardan pullarınızı ala biləcəksiz
Gələn aydan etibarən müflis elan olunan banklarda 10 min dollar və ya 17 min manatdan çox olmayan sığortalanmayan əmanətləri olan vətəndaşlar pullarını geri ala biləcəklər.
Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı alim Vüqar Bayramov bildirib. İqtisadçı əlavə edib ki, müfis olan bankda vətəndaşımızın qorunmayan əmanəti olubsa və onun məbləği 10 min dollardan çox deyilsə, o zaman həmin vəsait qaytarılacaq:
“Əmanətlərin Sığortalaması Fondu Bakı Apellyasiya Məhkəməsinə müraciət edib və ödənişə icazə verilməsini istəyib. Qanunvericiliyə əsasən, ödəniş məsələsində 7-ci növbədə olan qorunmayan əmanət sahiblərinin 1-ci növbəyə keçirilməsinə icazə verilib. Qeyd edək ki, indiyədək qorunan əmanətlər ödənilirdi. İlkin qiymətləndirmələrə görə, 52 min əmanətçinin qorunmayan əmanəti geri qaytarılacaq”.
V.Bayramov bildirib ki, yeni razilaşmaya əsasən, müflis elan olunan bankalarda ümumi məbləği 10 min dollardan çox olmayan qorunmayan depozitlər Əmanətlərin Sığortalaması Fondu tərəfindən geri qaytarılacaq:
“Bu o deməkdir ki, əgər sizin müflis elan olunan banklarda 10 min dollardan az qorunmayan əmanətiniz olubsa, o zaman gələn aydan onu əldə etmək imkanınız olacaq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət