Slimfit
  1. AZƏRBAYCAN

Müəssisələrin dezinfeksiyası məcburidir?

Müəssisələrin dezinfeksiyası məcburidir?
Sakura

Müəssisələrin dezinfeksiyası məcburidir?

Koronavirusa görə ölkə ərazisində insanların sıx olduğu müəssisələrin hər biri dezinfeksiya edilməlidir. Ancaq bunun hansı şəkildə icra ediləcəyi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Kimisi dezinfeksiya etməyənlərin cəzalandırılacağını, bəziləri isə bunun könüllü olduğunu bildirir.

 

Xezerxeber.az-ın məlumatına görə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib ki, ümumiyyətlə, ilin əvvəlindən bütün müəssisələrlə müqavilələr bağlanır və il ərzində dezinfeksiya işləri aparılır.

 

Ziyəddin Kazomovun sözlərinə görə, obyektlərini dezinfeksiya etməyən sahibkarlarla bağlı hər hansı bir cərimə, cəza tədbirləri yoxdur, amma bu prosesin aparılması birbaşa insan sağlamlığı üçün vacibdir. Şöbə müdiri həmçinin bildirib ki, obyektlərin dezinfeksiya müddəti virusa və dərmana görə dəyişir.

Koronovirus üçün istifadə edilən dezinfeksiya maddəsi "Xloramin" adlanır və bundan 10 litr su üçün 40 milliqram məhlul tökülməsi kifayət edir.

 

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 


Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR