Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb
Sakura

Müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb

Təhsil Nazirliyi sisteminə daxil olan ümumtəhsil müəssisələrinə 2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, cari ilin iyul-avqust aylarında keçirilən müsabiqədə 46 min 839 namizəd iştirak edib. Onlardan 4 min 53-ü müəllim adını qazanaraq işə qəbul olunub.

Müsabiqədən uğurla keçənlər sentyabrın 5-dək müvafiq yerli təhsili idarəetmə orqanlarında qeydiyyatdan keçməlidirlər.

Namizədlər müəllimlərin işə qəbulu müsabiqəsi ilə əlaqədar apellyasiya müraciətlərini sentyabrın 3-dək Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun İnsan Resursları Mərkəzinin irm@tipii.edu.az elektron poçt ünvanına göndərə bilərlər. Qeyd edilən müraciətlərə sentyabrın 6-da İnsan Resursları Mərkəzində müvafiq Apellyasiya Komissiyası tərəfindən baxılacaq.

Sentyabrın birinci yarısında isə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu prosesi həyata keçiriləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR