Müəllimlərin işə qəbulu ilə bağlı apelyasiya mərhələsi başladı - Nazirlikdən AÇIQLAMA
Avqustun 21-dən müddətsiz əmək müqaviləsinin bağlanması məqsədilə keçirilən müsahibələrdə uğur qazanmayan namizədlərin apellyasiya müraciətləri üçün qeydiyyat başlayıb.
Ens.az xəbər verir ki, Təhsil Nazirliyindən Yeniavaz.com-a bildirilib ki, sözügedən müsahibələrdə uğur qazanmayan namizədlər 24 avqust saat 23:59-dək şəxsi səhifələrinə daxil olaraq apellyasiya müraciətlərini təsdiq edə bilərlər.
Namizədlərin apelyasiya müraciətlərinə baxılması məqsədilə təkrar onlayn müsahibələr keçiriləcək. Apelyasiya müraciətini təsdiq edən namizədlərin şəxsi səhifəsinə keçiriləcək onlayn müsahibənin vaxtı barədə məlumat göndəriləcək.
Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi ilə çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanması məqsədilə 4-20 may 2020-ci il tarixləri aralığında, eyni zamanda 10 iyul 2020-ci il tarixində onlayn müsahibələr keçirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət