Dərc edildi: Baxış sayı: 597
Müəllimlərin əlavə yerləşdirilməsi üzrə müsahibənin vaxtı açıqlanıb
Sentyabrın 2-də müəllimlərin əlavə yerləşdirilməsi üzrə müsahibə mərhələsi keçiriləcək.
Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.
Müsahibələr Bakı şəhəri 202 nömrəli tam orta məktəbdə keçiriləcək.
Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılacaq. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında komissiya üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən ediləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət