Slimfit
  1. AZƏRBAYCAN

Müəllimlərə güzəştli ipoteka krediti verilsin - Elmira Süleymanova

Müəllimlərə güzəştli ipoteka krediti verilsin - Elmira Süleymanova
Sakura

Müəllimlərə güzəştli ipoteka krediti verilsin - Elmira Süleymanova

"Vətəndaşların uyğun qiymətə mənzilə olan ehtiyacının ödənilməsini təmin etmək məqsədi ilə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən “Güzəştli mənzil” sistemi vasitəsi ilə Yasamal Yaşayış Kompleksində satışa çıxarılmış sosial mənzillərin bir hissəsinin alqı-satqısı başa çatdırılıb".

AzEdu.az xəbər verir ki, bunu ötən gün Milli Məclisin yaz sesiyasının plenar iclasında İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova 2018-ci ilin hesabatını təqdim edərkən deyib.

E.Süleymanova qeyd edib ki,  həmin mənzilləri həm öz vəsaiti hesabına, həm də güzəştli ipoteka krediti vasitəsi ilə alan vətəndaşlara müvafiq endirimlər tətbiq olunub.

Bununla yanaşı, Ombudsman hesab edir ki, ən azı 15 il ümumtəhsil məktəbində müəllim və ya tibb müəssisələrində həkim işləyən şəxslərə ipoteka kreditinin verilməsinə güzəştlərin tətbiq edilməsi, bu məqsədlər Azərbaycan Prezidentinin 2016-cı il 22 iyun tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”na müvafiq bəndin əlavə edilməsi zəruridir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR