Slimfit
  1. CƏMİYYƏT

Müəllim olmaq istəyənlərin psixoloji durumu yoxlanılır

Müəllim olmaq istəyənlərin psixoloji durumu yoxlanılır
Sakura

Müəllim olmaq istəyənlərin psixoloji durumu yoxlanılır

Bu gün müəllimlərin əlavə yerləşdirilməsi üzrə müsahibə mərhələsi keçirilir. 

Təhsil Nazirliyinin yaydığı xəbərə görə, bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Müsahibələr Bakı şəhəri 202 nömrəli tam orta məktəbdə keçiriləcək.

Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılacaq. Həmçinin, namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən ediləcək.

Müsahibəyə gələn namizədlərdən şəxsiyyəti təsdiq edən sənədin, təhsil haqqında sənədin, ona əlavənin əslini (xaricdə təhsil alanlar diplomla yanaşı təhsil sənədlərinin tanınmasına dair şəhadətnamənin, cari ilin məzunları ali və ya orta ixtisas təhsili müəssisəsini bitirdiyini təsdiq edən arayışın əslini) gətirmələri tələb olunur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR