Müdriyyət əmək müqaviləsini pozmaq istəmirsə, işçi nə etməlidir?
Bəzi hallarda işçilər çalışdıqları müəssisədən ayrılmaq üçün könüllü şəkildə ərizə ilə müraciət edirlər. Bu zaman işçinin işinə xitam vermək üçün yazdığı ərizə bəzən müxtəlif bəhanələrlə uzadılır.
Modern.az məsələ ilə bağlı hüquqşünas Əliməmməd Nuriyevin fikirlərini alıb. Hüquq sahəsi üzər ekspertin fikirlərinə görə işçi çalışdığı yeri tərk etmək istəyirsə, çalışdığı müəssisəsinn müdriyyəti onu yalnız bir müddət işdə saxlaya bilər.
“Deməli işçi əmək müqaviləsinə xitam vermək istəyirsə, 2 həftə qabaqcadan, müdriyyətə xəbər verməlidir. Onun işdən çıxmaması üçün hər hansı bir səbəb yoxdur. Əmək müqaviləsinə daxil olmaq tərəflərin könüllü razılığı əsasında olur. Eləcə də, əmək müqaviləsinə xitam vemək də tərəflərin qarşılıqlı razılığı əsasında olur. İşçi istənilən zaman işdən azad olması ilə bağlı müraciət edə bilər. İşçi işdən ayrılmaqla bağlı müraciət edərkən, dərhal da əmək müaviləsinə xitam edilə bilər, əks halda o 2 həftə ərzində gözləməlidir. O müddət ərzində həmin müəssisənin işinin pozulmaması təmin edilir. Həm də vakansiya nəticəsində gələcəkdə problem yaranıb-yaranmayacağını da müşahidə edirlər. Problem olmadığı təqdirdə dərhal işçi işindən azad oluna bilər. Əgər burada müəyyən problem yarana bilərsə, şübhəsiz ki, o zaman onda həmin o dediyimiz müddəti gözləməlidir”.
Əliməmməd Nuriyevin sözlərinə görə, işdən çıxmaq istəyən şəxs birbaşa təyin olunmuş yarımçıq işləri başa çatdırmalıdır.
“Əgər o maddi məsul şəxsdirsə, bu zaman işiylə əlaqədar olaraq ona verilən və cavabdeh olduğu bütün avadanlıqlar geri qaytarılmalıdır. Bu da qanunvericiliyin tələblərindən irəli gələn bir məsələdir”.
Hüquqşünas dövlət qulluqçuları üçün fərqli iş hesabı sisteminin olduğunu deyir.
“Hakimlər, Milli Məclisin deputatları, hərbçilər üçün Əmək Məcəlləsi tətbiq olunmur. Onlar xüsusi qaydada işə götürülürlər. Xüsusi dövlət qulluğu var ki, onlara qanun fərqli şəkildə qoyulur. Onlar tamam ayrı qanunvericiliklə işə qəbul olunur”.
Dövlət qulluğundan kənar digər şəxslər üçünsə, əmək qanunvericiliyinin tələbləri standartdır.
“Rəhbərlik yalnız ərizə üçün qoyulan müddəti gözləməlidir və müddət sona çatdıqdan sonra isə işçini azad etməlidir. Əgər işçi işlədiyi yerdən könüllü olaraq ayrılamaq istəyirsə bunun qarşısını müdriyyət ala bilməz və işçini azad etməlidir.”
Əliməmməd Nuriyev onuda qeyd edir ki, əgər işçi işlədiyi yerə hər hansı bir ziyan vurubsa bu zaman müdriyyət tərəfindən onun barəsində iddia qaldırıla bilər.
Hüquq müdafiəçisi Sahib Məmmədovun sözlərinə görə işçinin 1 ay qabaqcadan xəbərdarlıq etmədən işdən çıxmaq istəməsi düzgün hal hesab edilmir.
“Əvvəlcə elə iş yerləri var ki ora ərizə olmadan da daxil olmaq olar. Məsələn keçici vəzifələr, müsabiqə yolu ilə tutulan işlər və.s. var. Bir qayda olaraq, işçi əmək müqaviləsini bağlamamışdan əvvəl əsas kimi işçinin ərizəsi götürülür. İşdən çıxmaq Əmək Məcəlləsi ilə işləyən iş yerlərində əmək qanunvericiliyinə əsasən orda işçinin 1 ay əvvəlcədən işə götürənə yazılı ərizə verməklə, əmək münasibətlərinə Məcəllənin 69-cu maddəsinin 1-ci bəndi ilə xitam vermək hüququ var. Ona görə də bu hüquq yerinə yetirilməlidir”.
Sahib Məmmədov müxtəlif hadisələr baş verərsə və bu hadisələr mütləq icra olunmalıdırsa, bu zaman işçinin 1 ay gözləməməli olduğunu da qeyd edib.
Səkinə ƏLƏKBƏR
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət