Dərc edildi: Baxış sayı: 533
Müddətsiz əmək müqaviləsi ilə işləmək istəyən müəllimlərin müsahibəsi başa çatıb
Ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə işləmək istəyən müəllimlərin müsahibəsi yekunlaşıb.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan ONA-ya verilən məlumata görə, 22-24 apreldə keçirilən müsahibələrə 1170 müəllim qatılıb.
Müsahibənin nəticələri ilə bağlı tezliklə hər bir namizədin şəxsi səhifəsinə məlumat göndəriləcək.
Qeyd olunub ki, müsahibələrdə 2017-2018 və 2018-2019-cu tədris illəri üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsinə qatılaraq zəruri keçid balını toplayan və vakant yerlərdə mövcud qaydalar çərçivəsində müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət