Dərc edildi: Baxış sayı: 1041
Müdafiə Nazirliyi rəsmisi: “Azərbaycan təyyarəsi vurulmayıb”
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı cəbhədəki son durumla bağlı məlumat yayıb.
O bildirib ki, Azərbaycana məxsus təyyarə vurulmayıb:
“Ermənistan tərəfinin axşam saatlarında Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin vurulması barədə yayılan məlumat yalan və dezinformasiyadır. Bildirirəm ki, Azərbaycan Ordusunun bütün aviasiya vasitələri yerindədir və işləkdir”.
Mənbə: Oxu.Az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət