Dərc edildi: Baxış sayı: 303
Müdafiə Nazirliyi qarşı tərəfin dezinformasiyasını təkzib etdi
Avqustun 23-ü saat 1:05-dən 2:00-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.
“Ens.Az” bildirir ki,bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
“Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, - deyə Azərbaycan MN-in bəyanatında bildirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət