Dərc edildi: Baxış sayı: 811
Müdafiə Nazirliyi məlumat yaydı
Ermənistan tərəfinin guya Azərbaycan Ordusu bölmələrinin cəbhənin Ağdərə istiqamətində təxribat törətmək cəhdi barədə yaydığı məlumat yalandır, əsası yoxdur və dezinformasiya xarakteri daşıyır.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.
“Görünür son zamanlar cəbhə xəttində mövcud sabit vəziyyət Ermənistanın hərbi-siyasi rəhbərliyini qane etmir və bu cür məlumatları yaymaqla erməni xalqının diqqətini öz ölkəsində mövcud olan problemlərdən yayındırmağa çalışır. Digər tərəfdən isə həmişə olduğu kimi Azərbaycan əsgərinin xofu düşməni daim qorxu içində saxlayır”, - deyə məlumatda qeyd olunur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət