Slimfit
  1. HƏRB

Müdafiə naziri tankçılarla bir arada

Müdafiə naziri tankçılarla bir arada
Sakura

Müdafiə naziri tankçılarla bir arada

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, cəbhəboyu zonada olan müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyəti bır sıra hərbi təyinatlı obyektlərdə olub.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, ön xətdə yerləşən tank hərbi hissəsinin açılışında iştirak edən Müdafiə naziri burada yaradılan şəraitlə tanış olub və müvafiq göstərişlər verib.

Yeni tikilən inzibati və xidməti obyektlərə, həmçinin burada saxlanılan hərbi texnikalara baxış keçirən general-polkovnik Z.Həsənov tank heyətlərinin hazırlığını yoxlayıb və zirehli texnikanın döyüş tətbiqi ilə bağlı tapşırıqlar verib.

Sonda müdafiə naziri tankçılarla birgə nahar edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR