Dərc edildi: Baxış sayı: 554
Müdafiə naziri ön xətt bölmələrinin döyüş hazırlığını yoxlayıb
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən cəbhəboyu zonada olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti ön xətt bölmələrində olublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, Müdafiə nazirinə ərazinin maketi üzərində əməliyyat şəraiti barədə məruzə edildikdən sonra bölmələrin döyüşə hazırlıq vəziyyəti yoxlanılıb.
Gecə və gündüz şəraitində döyüş mühafizəsinin daha keyfiyyətli təşkili və müdafiənin dayanıqlığının artırılması məqsədilə yaradılan müşahidə məntəqəsindən qarşı tərəfdə yerləşən düşmən mövqelərini izləyən general-polkovnik Z.Həsənov müasir texniki vasitələrdən istifadə edilməklə xidmətin daha effektiv təşkili ilə bağlı müvafiq tapşırıqlar verib.
Ön xətdə yaradılmış təlim-tədris sahələrindən birində döyüş tapşırıqlarını məşq etdirən şəxsi heyətlə görüşən Müdafiə naziri, xidmətdə fərqlənən və döyüş hazırlığında yüksək nəticələr əldə etmiş hərbi qulluqçuları mükafatlandırıb, bölmələrin maddi-texniki təminatı, silah-sursat və hərbi texnika ilə təchizatı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı, həmçinin sosial məişət şəraiti ilə tanış olub.
Sonra Ağdam rayonu ərazisindəki kəndlərdən birində yerli sakinlərlə görüşən nazir yaşayış məntəqələrimizin müdafiəsinin təşkili və əhalinin təhlükəsizliyinin təmin edilməsi barədə söhbətlər aparıb.
Müdafiə Nazirliyinin rəhbərliyi ilə söhbət zamanı burada yerli əhali və hərbçilər üçün yaradılan şəraitdən məmnunluqlarını ifadə edən kənd sakinləri Müdafiə nazirindən onların minnətdarlığını ölkə rəhbərliyinə, xüsusilə cənab Ali Baş Komandana çatdırmasını xahiş ediblər.
Sakinlər hərbçilərə etimadın yüksək olduğunu və Ordumuzun bölmələri tərəfindən bu istiqamətdə yerləşən yaşayış məntəqələrinin təhlükəsizliyinin etibarlı təmin edildiyini də bildiriblər.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət