Dərc edildi: Baxış sayı: 532
Mücrüm Kərim - Qarşı
Səhər-səhər günəş pərtöv salanda,
İstər ki, səmadan ay aza qarşı.
Gah münəvvər olur, artmr kamal,
Gah özün yetirir ayaza qarşı.
Eşq bəhrinə daldım, dərdinə qaldım,
Mənsur tək çəkildim, dərində qaldım,
Kəlbin tək yaslandım, dərdinə qaldım,
Gecələr sızlaram ayaza qarşı.
Gir bağa gəşt elə olanda yar hey!
Sözün bülbül kimi olanda yar hey!
Özün Sultan Mahmud olanda yar hey!
Kərimi də oxşat Ayaza qarşı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət