Dərc edildi: Baxış sayı: 549
Mücrüm Kərim - Bəxt mənə yar olub şahi-Suleyman bu gün
Bəxt mənə yar olub şahi-Suleyman bu gün,
Sayə salıb ustumə ol şəhi xaqan bu gün.
Gürdü ki, mən durmuşam zaru həzin dərdnak,
Görmək ilə aşiqə eylədi ehsan bu gün.
Mən fəqiri gorcəyin qıldı təbəssum rəvan,
Konlumu şad eylədi Yusifi-Kənan bu gün.
Yetər ki, bəyzadəmiz babasını görməyə,
Getmiş idi naz ilə sərvi-xuraman bu gün.
Qayıdışı ol zaman yolda mənə rast olub,
Etdi bazar əhlini əmrinə fərman bu gün.
Bar xuda eyləsin dovlətini mustədam,
Yavəri olsun anın xaliqi-yəzdan bu gün.
Ağlama zar, ey Kərim, şukr elə allıhana,
Rəyin ilə dovr edər gərdişi-dövran bu gün.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət