Slimfit
  1. BİOQRAFİYA

Mücirəddin Beyləqani

Mücirəddin Beyləqani
Sakura

Mücirəddin Beyləqani — Azərbaycan şairi

XII əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri də Mücir təxəllüsü ilə şeirlər yazan Əbülməkarim Mücirəddin Beyləqanidir. Mənbələrin verdiyi məlumatdan belə anlaşılır ki, anası həbəş mənşəli olmuşdur. Şairin həyatı haqqinda məlumat azdır. Məlumdur ki, Xaqaninin şagirdi olmuş, sənətdə ustadının izi ilə getməyə çalışmışdır. Mücirəddin şair kimi Eldəkizlər sarayında parlamış, Məhəmməd Cahan Pəhləvana, onun qardaşı Qızıl Arslana və başqalarına mədhiyyələr həsr etmişdir.

Şair təxminən 1194-cü ildə Təbrizdə vəfat etmişdir. Qəbri indi də Məqbərətyşşüəra qəbiristanlığındadır.

Yaradıcılığı

 

Mücirin əsərlərin lirik şerlər divanında toplanmış qəsidə, qəzəl və rübailərdən ibarətdir. Şerləri indiyə qədər çap olunmamışdır. Şairin Britaniya müzeyində saxlanılan "Divan"ında beş min beytə yaxın şeri vardır. Bu, onun əsərlərinin hamısı deyildir. Mücir şerlərinin sadə və aydın olması, fikirlərinin səmimiliyi ilə diqqəti cəlb edir.

Mücirin əsərlərində aşiqanə duyğuların tərənnümü, dözəl və əlvan təbiət təsfirləri, ara-sıra zəmanədən şikayətlər mühüm yer tutur. Həkim dairələr tərəfindən laqeyd qarşılanan, müxtəlif adamların tənəsinə dücar olan şair yeri gələndə öz insanlıq səsini ucaltmış və məğrur bir tərzdə bildirmişdir:

Zamanla kərtənkələ olub keçinnəm susuz,
Abırımı tökmərəm, yaşamaram duyğusuz.
Su təbimin odunu söndürüb qoysa minnət,
Susuzluqdan ölərəm, suya baxmaram, əlbət.

Mücir bəzən insan ömrünün qısalığına etiraz edir. Açılıb solan bir gün onda insan haqqında kədərli düşüncələr oyadır.

Səhər gül səbadən açıldı soldu,
Nəsimə hekayə deyib sovruldu.
Ömrün vəfasına bax bir həftədə
Gönçələndi, açdı gül xəzəl oldu

Burada söhbət ancaq güldən gedir, əslində isə gül ömrünün qısalığı insan ömrü haqqında da düşüncələr oyadır.

Mücirin şerlərində başlıca yeri məhəbbət mövzusu tutur. Bu şerlərdə gah kədərli, kah sevinçli bir aşiqin duyğuları, məhəbbət hekayətləri əks olunmuşdur. Ümumiyyətlə, XII əsr Azərbaycan şerində Mücirin də özünəməxsus şərəfli bir yeri vardır.

 

Şeirləri

  • Xaqaninin vəsfi
  • Ey Ay kimi gözəl üzünün çakəri günəş ‎
  • Arzu atını çapma ki, ömrün qaçağandır ‎
  • Gəl əyləş, getdi sənsiz könlüm əldən ‎
  • Gözəlliyin bağı, arxından, ey gözəl, sulanar ‎
  • Məni cahan tanıdı xidmətində, ey şahım

Rübailəri

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR