2019-cu ilin yeni milli və dini filmi
Son zamanlar gənclərin milli ruhda tərbiyələndirilməsi, milli təbliğatın mədəni yolla inkişaf etdirilməsi sahəsində dövlətimizə əvəzsiz xidmət edən, bu müqəddəs işlə tamamən təmənnasız məşğul olaraq milli-vətənpərvər mövzuda artıq 6 film (“BOZQURDUN İNTİQAMI”, DİRİLİŞ ERGENEKON”, “VƏTƏN BAYRAQDIR, BAYRAQ NAMUSDUR!”, “TARİX DƏRSİ”, “MÜBARİZLƏR”, “TUĞ”) çəkmiş gənc istedadlı yazar, aktyor və rejissor Elşən İsmayılın özü qədər gənc istedadlı komandasının qonağı olduq. Yaradıcı heyətlə elə çəkiliş meydançasında tanış olduq. Film barəsindəki suallarımızı isə filmin ideya müəllifi, ssenaristi, quruluşçu rejissoru Elşən İsmayıl özü cavablandıraraq qısaca bildirdi ki: “Bu film öncəkilərdən bir çox şeyə görə, özəlliklə fərqli sujetinə və təsvirinə görə fərqlənəcək. Qısaca deyim ki, hadisələr tarixi Azərbaycan torpağı Kərkükdə baş verir. Mən filmdə tarixlə uydurmanı birləşdirərək tamaşaçılara bədii təsvir üsulu ilə günümüzün real siyasi hadisələrini anlatmağa çalışmışam. Filmin milli və dini motivi var. Bunun səbəbi həm Bölgənin siyasi-sosial durumu, həm də daha çox izləyiciyə çatdırılması məqsədidir. Filmdə Türkman (Türkmən) qardaşlarımızın milli mücadiləsi və çəkdiyi zülmlər Hz. Hüseyn (ə.s.) – Yezid ibn Müaviyyə savaşı timsalında verilmişdir. Film mijoloji, kulturoloji və milli dəyərləri özündə əks etdirir...
Bununla belə qeyd edək ki, filmdə eyni zamanda gənc sənətsevərlər, milli vətənpərvər ruhlu insanlar iştirak edir. Onlardan əsas olaraq “DƏRVİŞ” rolunda Cahid Ağazadəni, “BARZO” rolunda Elşən İsmayılı, “OĞUZ” rolunda FARRUKH_JK, “FİRUZ AĞA” rolunda Seymur Mustafayevi, “ƏRŞAD” rolunda Rəsul Babazadəni, “BƏYBALA” rolunda Elnur Ağazadəni və s. misal göstərmək olar...
Filmin ikinci rejissoru FARRUKH_JK, baş operatoru isə Cahid Ağazadədir.
Hazırda filmin qızğın çəkiliş prosesi gedir. Çəkilişlər bitənə qədər sizləri yaradıcı heyətin hazırladığı ilk tanıtım videosu ilə tanış edirik. Əsən qalın!
Tanıtım videosu:
Qaynaq: Filmin Mətbuat Xidməti
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət