Slimfit
  1. DÜNYA

Mübarizəmizi davam etdirməyə heç kim mane ola bilməz - Kemi Seba

Mübarizəmizi davam etdirməyə heç kim mane ola bilməz - Kemi Seba
Sakura

Mübarizəmizi davam etdirməyə heç kim mane ola bilməz - Kemi Seba

Mübarizəmizi davam etdirməyə heç kim mane ola bilməz.

Ens.az Trend -ə istinadən xəbər verir ki, bunu Fransanın müstəmləkəçilik siyasətinə qarşı çıxan, Afrika xalqlarının hüquqları uğrunda mübarizə aparan tanınmış aktivist, siyasi fəal Kemi Seba Fransada azadlığa buraxıldıqdan sonra özünün "X" sosial hesabındakı səhifəsində yazıb.

"Bizi dayandırmaq istəyənlər gözləməli olacaqlar. Biz onların planlarını pozuruq. Bizim yeganə qayəmiz Afrika qitəsinin və onun diasporasının tamamilə dekolonizasiyasıdır. Biz özümüz üçün mübarizə aparırıq və işimizi davam etdirməyimizə heç kim mane ola bilməz", - deyə o bildirib.

Xatırladaq ki, Kemi Seba oktyabrn 14-də Parisdə restoranda nahar edərkən polislər tərəfindən saxlanılmışdı. O, bu gün azadlığa buraxılıb.

Qeyd edək ki, Kemi Seba Afrikanın müstəqilliyi, suverenliyi və neo-kolonial güclərə qarşı mübarizə hərəkatının simvolik liderlərindən biri kimi tanınır. O, eyni zamanda Fransız neo-müstəmləkəçiliyinin əsas tənqidçilərindən biridir. 1981-ci ildə Fransanın Strasburq şəhərində anadan olmuş K.Seba Fransanın iyrənc müstəmləkəçilik siyasətinin Afrika ölkələrinə, habelə Fransanın hələ də əsarəti altında olan dənizaşırı ərazilərinə vurduğu ziyanı açıq və kəskin şəkildə tənqid etməsi və pisləməsi nəticəsində Fransanın “qara siyahı”sına salınıb.

Fransa K.Sebanı susdurmaq üçün bir neçə dəfə həbs etmiş, lakin istədiyinə nail olmadığı üçün onu fransız vətəndaşlığından məhrum etmiş və bununla da, onu sürgünçülük həyatına məruz qoymağa cəhd edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR