Slimfit
  1. AZƏRBAYCAN

Mübariz Qurbanlı Sumqayıtda vətəndaşları qəbul edib

Mübariz Qurbanlı Sumqayıtda vətəndaşları qəbul edib
Sakura

Mübariz Qurbanlı Sumqayıtda vətəndaşları qəbul edib

 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Sumqayıtda vətəndaşları qəbul edib.

Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, əvvəlcə Mübariz Qurbanlı və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

Qəbulda Sumqayıt şəhəri ilə yanaşı, Abşeron, Xızı, Qubadlı və Zəngilan rayonlarının sakinləri də iştirak edib.

Heydər Əliyev Mərkəzində keçirilən qəbula gələn vətəndaşlar əsasən məscidlərin təmiri, dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması məsələlərini qaldırıblar. Eyni zamanda, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, dini icmaların zəruri dini ədəbiyyatlarla təmin edilməsi və digər məsələlərlə bağlı müraciətlərə də baxılıb.

Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR