Slimfit
  1. CƏMİYYƏT

Mübariz Qurbanlı: 'Əbu Bəkr məscidi açılmayacaq'

Mübariz Qurbanlı: 'Əbu Bəkr məscidi açılmayacaq'
Sakura

Mübariz Qurbanlı: 'Əbu Bəkr məscidi açılmayacaq'

“Əbu Bəkr məscidi hazırda Nərimanov bələdiyyəsinin balansındadır. Məsciddə minarələrdən birinin uçma təhlükəsi var və insanların təhlükəsizliyi üçün oranın fəaliyyəti mümkün deyil”. 

Ens.az “Report”-a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O əlavə edib ki, hazırda məsciddə araşdırma aparılır: “Araşdırmalar yekunlaşmaq üzrədir, rəylərə baxılır. Minarənin uçma təhlükəsi nəzərə alınaraq orada ayinlərin keçirilməsi tam dayandırılıb. Bununla bağlı fikir mübadiləsi aparılır.

Pandemiya dövründə orada işlərin aparılması mümkün deyil. Məsciddə zamanında fəaliyyət göstərən din xadimləri və vətəndaşların bir qrupu ilə söhbətlər aparılıb. Məsciddə təmir işləri əsaslı şəkildə həyata keçirilmədən hər hansı fəaliyyətin olması mümkün deyil”.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR