Slimfit
  1. AZƏRBAYCAN

Mübariz Qurbanlı Bakı İslam Universitetinin bağlanmasına münasibət bildirib

Mübariz Qurbanlı Bakı İslam Universitetinin bağlanmasına münasibət bildirib
Sakura

Mübariz Qurbanlı Bakı İslam Universitetinin bağlanmasına münasibət bildirib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakı İslam Universitetinin bağlanması məsələsinə münasibət bildirib.

"Report"un məlumatına görə, Dövlət Komitəsinin sədri jurnalistlərə açıqlamasında Azərbaycanda məscidlərinin sayının artması ilə əlaqədar din sahəsində çalışan kadrlara ehtiyac olduğunu və Bakı İslam Universitetinin, eləcə də mədrəsələrin bu boşluğu doldurmaqda kifayət qədər fəaliyyət göstərdiyini deyib. 

M.Qurbanlı bildirib ki, Azərbaycan çoxkonfessiyalı ölkədir və burada yalnız İslama deyil, digər dinlərə aid kadrlar hazırlanmalıdır.

O vurğulayıb ki, Azərbaycan qanunvericiliyinə görə ölkədə dini məbədlərdə çalışan şəxslər Azərbaycan vətəndaşı olmalıdır, eyni zamanda təhsillərini Azərbaycanda almalıdırlar: "Buna görə də, Prezident İlham Əliyev İlahiyyat İnstitutunun yaradılması haqqında sərəncam imzalayıb və institut bu sahədə olan vəzifələri yerinə yetirəcək".

Dövlət Komitəsinin sədri bildirib ki, burada İslamla yanaşı, digər dinlərə aid kadr hazırlığı həyata keçiriləcək: "Bu cür məsələ ortada olduğuna görə Qafqaz Müsəlmanları İdarəsi təsisçi olaraq Bakı İslam Universitetinə gələn ildən qəbulun dayandırılması barədə qərar verib. 2, 3 və 4-cü kursda təhsil alan tələbələr öz təhsillərini başa çatdırana qədər Bakı İslam Universiteti öz fəaliyyətini davam etdirəcək. Dövlət İmtahan Mərkəzi bu il Bakı İslam Universitetinə qəbul olunan tələbələrin ayrı-ayrı təhsil ocaqlarına bölüşdürülməsi istiqamətində tədbirlər həyata keçirib və bu tələbələrin bəziləri də İlahiyyat İnstitutunda təhsillərini davam etdirəcəklər".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR