Slimfit
  1. CƏMİYYƏT

Mübariz Mənsimovun Maltadakı çoxsaylı aktivləri donduruldu: Onlarla gəmi və şirkətlər...

Mübariz Mənsimovun Maltadakı çoxsaylı aktivləri donduruldu: Onlarla gəmi və şirkətlər...
Sakura

Mübariz Mənsimovun Maltadakı çoxsaylı aktivləri donduruldu: Onlarla gəmi və şirkətlər...

Türkiyə hüquq-mühafizə orqanları tərəfindən həbs edilən (FETÖ-çu ittihamı ilə) azərbaycanlı gəmiçilik maqnatı Mübariz Mənsimovun Maltadakı çoxsaylı aktivləri London məhkəməsinin qərarı əsasında dondurulur.

Virtualaz.org “Malta Today” nəşrinə istinadən xəbər verir ki, Mənsimovun İstanbulda mənzillənən gəmiçilik konqlomeratının aktivləri son 20 il ərzində Maltada yerləşirdi. Çünki bu ölkə gəmiçilik sahəsində xeyli liberal qanunlar tətbiq edir. Lakin Mənsimov həbs edildikdən sonra onun Maltadakı aktivlərinin də kütləvi şəkildə dondurulması prosesi başlayıb.

Bu aktivlər isə onlarla gəmidən və şirkətlərdən ibarətdir. Nəşr onların siyahısını da dərc edib: “Palmali İnternational Holding Company”, “Palmali İnternational Holding Two”, “Palmali Logistics”, “Palocean Shipping”, “Paloffshore Oil Services”, “Palriver Shipping”, “Palsea Shipping”, “Tampal Trade”,“Pal Food”, “Palchem ​​Holding” , “Palmali Dry Cargo”, “Palmali Voyager”, “Caspian Holding”, “Pal Air”, “Pal Gas Holdling”, “Barge Oil Services”, “GMM Shipping & Trading” və GMM Holding.

2020-ci ilin may ayında London Yüksək Məhkəməsinin çıxardığı hökmə əsasən “Palmali” holdinqinin bütün dünya üzrə aktivləri dondurulur. Hökmə əsasən əgər Mənsimov və onun şirkətinin katibi Coan Spiteri hansısa aktivi satsa bu məhkəməyə hörmətsizlik kimi qiymətləndiriləcək. Spiteri artıq 2020-ci ilin aprelində şirkətdən istefa verib. Məhkəmə hökmü Rusiyanın “Sberbank”ının iddiası əsasında çıxarılıb. “Palmali” şirkətinin banka yüz milyonlarla dollar borcu var. Məhkəmə habelə Mənsimovun İngiltərədəki 261 milyon dollarlıq aktivlərinə də həbs qoyub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR