Dərc edildi: Baxış sayı: 651
Mübariz Mənsimovdan Oktay Gülalıyevin müalicəsinə dəstək
Bir neçə gün əvvəl Bakıda avtomobillə vurulan hüquq müdafiəçisi Oktay Gülalıyevin vəziyyəti ağır olaraq qalır. Hüquq müdafiəçisinin müalicəsinin davam etdirilməsi üçün sosial şəbəkədə yardım kampaniyasına başlanılmışdı. Modern.az xəbər verir ki, sosial şəbəkədə aparılan dəstək kampaniyasına ilk reaksiya verənlərdən biri də Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov olub. Mübariz Mənsimov öz feysbuk səhifəsində status yazaraq hüquq müdafiəçisinin müalicəsini öz üzərinə götürdüyünü qeyd edib: "Əlimdən gələn köməyi göstərməyə hazıram. Lakin bunu heç kim öz tərəfinə çəkməsin. Oqtay bəyin ailəsi ilə əlaqə yaradacaqlar və nəyə ehtiyacları olduqları ilə maraqlanacaqlar. Allah Oqtay bəyə yar və yardımcı olsun!''
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət