Slimfit
  1. CƏMİYYƏT

Mübariz Mənsimovdan anasına doğum günü təbriki...

Mübariz Mənsimovdan anasına doğum günü təbriki...
Sakura

Mübariz Mənsimovdan anasına doğum günü təbriki...

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov anasını doğum günü münasibətilə təbrik edib.

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki,  M. Mənsimov bunu sosial media hesabında paylaşıb.

“Bugün anamın doğum günündür. Bilirəm, sənə çox ağırdır. Bu, ömür-gün, həyat yoldaşın, mənim atam yanında olmadan keçirdiyin ilk ad günündür. Sən 9 övladı böyük çətinliklə böyüdən, yuxusuz gecələrində, əllərinin qabarı ilə bizi böyüdüb başa çatdıran, hər uğurumuza sevinən, çətin anlarımızda zərif çiyninlə hər birimizə dayaq olan insansan. Sən o qədər böyük, o qədər müqədəssən ki, allah cənnəti sənin ayaqların altında qılıb. Uca yaradan sənə möhkəm cansağlığı versin, başımızın üstündən əskik olma. Canım anam, indi bizə həm ata, həm də anasan. Bütün insanlara isə demək istədiyim budur: ata və ananızın qədrini sağlıqlarında bilin, onların həyatını gözəl edin. Valideynlər buna layiqdir!”, - deyə M. Mənsimov təbrik yazıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR