Slimfit
  1. DÜNYA

Mübariz Mənsimov “Məmməd Əmin Rəsulzadə” gəmisinin qəsdən vurulduğunu düşünür

Mübariz Mənsimov “Məmməd Əmin Rəsulzadə” gəmisinin qəsdən vurulduğunu düşünür
Sakura

Mübariz Mənsimov “Məmməd Əmin Rəsulzadə” gəmisinin qəsdən vurulduğunu düşünür

Türkiyədə yaşayan azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovun bu günlərdə suya buraxdığı “Məmməd Əmin Rəsulzadə” gəmisi qəzaya uğrayıb. Gəmi Liberiya bayrağı daşıyan “Doric Warrior” tankeri ilə toqquşub.Mübariz Mənsimov

Bizimyol.info xəbər verir ki, Mübariz Mənsimov hadisəyə reaksiya verib. O, sosial şəbəkələrdə gəminin qəsdən vurulması barədə fikirlərini paylaşıb. İş adamı vurğulayıb ki, “Məmməd Əmin Rəsulzadə” gəmisi dayandığı yerdə digər tanker gəlib ona çırpılıb: “Şükür ki, hər şey normaldır və təhlükəli vəziyyət yoxdur. Qəza anı ilə eyni dəqiqələrdə Türkiyə və Azərbaycanda eyni həriflərin mediasında bu haqda xəbərlər yayıldı. Bu xəbəri anında kim yaydı? Gəmiyə durduğu yerdə çırpmaq bir cinayətdir. Sonuna qədər araşdıracağıq”.

Mübariz Mənsimov “Məmməd Əmin Rəsulzadə” gəmisinin qəsdən vurulduğunu düşünür

Mübariz Mənsimov “Məmməd Əmin Rəsulzadə” gəmisinin qəsdən vurulduğunu düşünür

Mübariz Mənsimov əlavə edib ki, bu xəbərə sevinənlər xainlərdir. “Onu da deyim ki, “Rəsulzadə” gəmisinə çırpılan gəmi ondan on dəfə böyükdür. Ancaq buna baxmayaraq, gəmimiz batmadı”, – iş adamı belə yazıb.

Hadisənin videosu da yayılıb. Video da hadisənin qəsdən törədilməsi təəssüratını yaradır. “Məmməd Əmin Rəsulzadə” gəmisinin heyətinin reaksiyası belə düşünməyə əsas verir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR