Mübariz Mənsimov
Mübariz Qurban oğlu Mənsimov — Azərbaycanda doğulmuş Türkiyəli iş adamı, Palmali Şirkətlər Qrupunun sahibi, Xəzər-Lənkəranfutbol klubunun fəxri prezidenti.
Həyatı
6 qız və 3 oğlanlanda ibarət 9 uşaqlı bir ailənin üzvü olan, 1968-ci il martın 22-də Bakı şəhərində anadan olmuş Mübariz Mənsimovun valideyinləri əslən Masallı rayonunun Miyankü kəndindəndir. O, atasının istəyi ilə Bakıda hərbi məktəbə daxil olub. Burada təhsilini başa vurduqdan sonra ali təhsilə də yiyələnib. Sonra sovet ordusunda hərbi xidmətdə olub. Əsgərlik həyatından sonra 1,6 il gəmilərdə aşpazlıq edib. Daha sonra 3 yoldaşı ilə birlikdə 150 tonluq balıqçı gəmisi kirayəyə götürüb. Rusiyadan gəmi alıb və İstanbula gətirib. Beləliklə də bu sahədə ilk addımlarını atıb.
Hazırda dünyanın ən böyük 5 dənizçilik şirkətindən biri olaraq göstərilən və illik dövriyyəsi 3 milyard dollar olan "Palmali" Şirkətlər Qrupunu 1998-ci ildə Türkiyəyə gətirib. Bu şirkətin hazırda 21 ölkədə ofisi var. Şirkətin tabeliyində 28 min nəfər təkcə dənizçilik sektorunda çalışır. Qrupun fəaliyyət sahəsindəki digər şirkətlər də hesaba qatılanda işləyənlərin sayı 45 mini keçir.
"Palmali" 129 gəmisi ilə Aralıq dənizi, Ağ Dəniz, Qara Dəniz arasında Rusiya neftinin 75 faizini daşıyır. "Palmali"nin ən böyük müştərisi dünyaca məşhur olan "BP" şirkətidir. Şirkətlər Qrupunun kirayəyə götürülən gəmilərlə isə donanma sayı 220-ni ötür.
Mübariz Mənsimov xüsusi olaraq Türkiyəli gəmi sahibiləriylə işləməyə üstünlük verir. 2005-ci ildə onun kirayəyə götürdüyü gəmi sayı 20 olub, indi isə bu rəqəm 60-a çatır. Onun 99 faizinə sahib olduğu "Palmali" Şirkətlər Qrupunun dənizçilik şirkəti 1,5 milyard dollaradək varidata malikdir. Ancaq buna qarşılıq 50 faiz nisbətində maliyyə borcu var. "Palmali"nin ayrıca Rostovda öz adına işlətdiyi və Azərbaycanda inşası davam edən bir daha bir limanı Bakıdakı sərmayələri üçün tikilir.
Dövlət Neft Şirkəti ilə ortaq olan "Palmali" bir müddət əvvəl "Tekfen inşaat"ın 50 faiz hissəsini 520 milyon dollara satın alıb. Türkiyə mətbuatı yazır ki, cənab Mənsimovun bu cəhdi onun qardaş ölkədə inşaat sahəsində irəliləmək mənasını verir. Bu razılaşma qarşılığında "Palmali" və "SOCAR" ortaqlığı 5 il ərzində "Tekfen İnşaat"a 37 milyard dollarlıq iş verəcək.
Media sahibkarı
Mübariz Mənsimov "PalMedia" adlı şirkətin nəzdində 5 milyon dollar sərmayə ilə "Pal FM" radiosu və "Palhaber" adlı xəbər portalı da qurub. Bundan sonrakı sərmayələrini Türkiyədə edəcəyini söyləyən Mənsimov Rusiya, Azərbaycan və Türkiyədə 400 milyon dollar həcmində sərmayə planladığını da söyləyib. O, bu sırada ən böyük payı Türkiyəyə qoyacağını deyib. Bunun ilk addımı kimi 21 ölkədə ofisi olan qrupun bütün rəhbərliyini İstanbulda toplanacaq və beləcə bütün sərmayələr Türkiyədən istiqamətləndiriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət