DOĞUM TARİXİ: 07/02/1988 VƏFAT TARİXİ: 18/06/2010
1988 ci il fevralın 7 də Biləsuvar rayonu Əliabad kəndində anadan olub. 1994-cü il şəhid M.Piriyev adina Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olub.11 il oxuduqdan sonra 2005 ci ildə orta məktəbi bitirib. Elə həmin il hərbi xidmətə cağrılıb. Xidmətinə (DQ) Daxili Qoşunların N saylı hərbi hissəsinin (XTB) Xüsusi Təyinatlı Bölüyündə başlamışdır. Xidməti zamanı çavuş rütbəsi almış və xidmətini 2007-ci ildə bitirmişdir. Bir müddət mülki işlərdə işlədikən sonra 2009-cu ilin avqust ayında öz arzusu ilə yenidən hərbi xidmətə yollanıb.Bu dəfə artıq Gizir kimi çalışmağa başlayıb. 2010 cu ilin aprel ayindan Tər-Tər rayonundakı N saylı hərbi hissəsində xidmətinə başlayır. Ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi və Xocalıda törətdikləri soyqırım Mübarizin qəlbini göynədir və düşmənə qarşı nifrətini artırır. Nəhayət ömrünün ən gənc cağında 22 yaşında (1988-2010) 19 iyun 2010-cu il tarixində gece saat 23:30- radələrində düşündüyü əməliyyata başlayır. 22 yaşlı bu mərd oğul 1 km-lik neytral məsafəni (minalanmış sahəni) tək keçir və mənfur düşmənlərimizin ağlasığmaz sayda əsgər və zabitini elə birinci həmlədə məhv edir. Düşmənin öz silahlarını özünə istifadə edərək 5 saat tək orduya qarşı döyüşür. Düşmən postunu keçmiş ve 6 saat döyüşdükdən sonra duşmənin 140-dan çox əsgər və zabitini məhv etmişdir.
Qayıtmaq imkanı ola-ola geri dönməmiş daha da irəli getmiş və vətən yolunda, bizlər üçün canından keçmişdir. Məhz bundan sonra ermənistanda 3 günlük matəm elan olunmuşdur. Ən böyük arzusu olan şəhidlik zirvəsinə ucalmışdır. Özünün də dediyi kimi VƏTƏN SAĞ OLSUN ! Allah rəhmət eləsin,qəbri nurla dolsun, yeri cənnətlik olsun....AMİN!!!
"Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam - ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”.
Bakı şəhərindəki 2-ci Şəhidlər Xiyabanında dəfn edilmişdir. Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2010-cu il tarixli Fərmanı ilə İbrahimov Mübariz Ağakərim oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Büləsüvar rayonunda adına məktəb var və rayonun mərkəzi küçələrdən biri qəhrəmanın adını daşıyır.
Oxuduğu orta məktəbdə xatirə muzeyi yaradılıb. Dünya sularında üzən Tankerlərdən biri onun adını daşıyır.
Mənbə: Milliqahramanlar.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət