Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Mübariz Əhmədov Əlizadə oğlu

Mübariz Əhmədov Əlizadə oğlu
Sakura

DOĞUM TARİXİ: 01/01/1963 VƏFAT TARİXİ: 24/09/1992

1 yanvar 1963-cü ildə Sabirabad rayonunun Qaratəpə kəndində dünyaya göz açmışdır. 1969-cu ildə burada beynəlmiləl orta məktəbə getmişdir. 1977-ci ildə səkkizinci sinfi bitirib, Sankt-Peterburq Kino Texnikumuna daxil olur. Lakin buradakı iqlim şəraitinə uyğunlaşa bilmədiyindən doğma kəndinə qayıdır və təhsilini davam etdirir. 1980-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutuna (Slavyan Universiteti - red.) imtahan verir. O, üçüncü kursda oxuyarkən ordu sıralarına çağırılır. 1985-ci ildə ordudan tərxis olunduqdan sonra yenidən təhsilini davam etdirir. O, 1988-ci ildən başlayaraq respublikamızda gedən ictimai-siyasi hadisələrə biganə qalmır, Meydan hərəkatının fəal iştirakçısı olur.

1989-cu il... Erməni silahlı birləşmələri Azərbaycana qarşı elan olunmamış müharibəyə başlayır.

Mübariz özünümüdafiə batalyonuna könüllü yazılır və Qarabağın müdafiəsinə qoşulur. O, Ağdam rayonundakı hərbi hissənin bölük komandiri kimi ilk döyüşə atılır. Sonra Dovşanlı, Xramort, Qazançı, Əsgəran, Pircamal, Aranzəmin, Ağbulaq, Yenikənd, Naxçıvanik, Abdal-Gülablı, Kətik, Dəhraz, Xanabad və Şuşa uğrunda gedən döyüşlər... O, mərdliklə vuruşurdu, öz rəşadətilə ad-san qazanmışdı. 1991-ci ildə Müdafiə Nazirliyi ona Türkiyə Respublikasında hərbi təhsil almağı tövsiyə edir. Lakin Mübariz döyüşlərdə iştirak etməyi daha üstün tutur. Ağdam rayonunun Abdal-Gülablı kəndi... 1992-ci ilin 24 sentyabrı... Son döyüş...

Həmin gün kənd erməni işğalçılarından azad edilməli idi. Düşmən gecəyarıdan başlayaraq kəndi ağır silahlarla atəşə tutur. Döyüşçülərimiz qələbə əzmi ilə əks-hücuma keçirlər. Qəflətən yaxınlıqda mərmi partlayır. Mübariz ağır yaralanır. Onu döyüş zonasından uzaqlaşdırırlar. Lakin artıq gec idi. Onu ölümün pəncəsindən xilas etmək mümkün olmadı.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Əhmədov Mübariz Əlizadə oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Sabirabad rayonunun Qaratəpə kəndindəki Şəhidlər xiyabanında dəfn edilmişdir. Sabirabad rayonunda büstü qoyulmuşdur.

 

Mənbə: Milliqahramanlar.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR