Slimfit
  1. İQTİSADİYYAT

Müasir texnologiya əsasında yeni tingçilik təsərrüfatı yaradılır

Müasir texnologiya əsasında yeni tingçilik təsərrüfatı yaradılır
Sakura

Müasir texnologiya əsasında yeni tingçilik təsərrüfatı yaradılır

Çin Xalq Respublikasından əvvəlki illərdə gətirilmiş tinglərin budanmasından əldə olunan zoğlardan ibarət müasir texnologiya əsasında yeni tingçilik təsərrüfatı yaradılır.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, ölkədə baramaçılığın və ipəkçiliyin inkişafına dair işlərin vahid proqram əsasında həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 27 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” təsdiqlənib. Dövlət Proqramında 2025-ci ilədək yaş barama istehsalı həcminin 6 min tona çatdırılması, baramaçılığın yem bazasının genişləndirilməsi məqsədi ilə tut (çəkil) tingliyi təsərrüfatının yaradılması nəzərdə tutulur.

Baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə dövlət vəsaiti hesabına Çin Xalq Respublikasından son üç ildə 3,5 milyon ədəd calaq olunmuş məhsuldar tut (çəkil) tingi tədarük edilərək bölgü əsasında respublikanın 38 rayonunda 350 hektar sahədə Çin texnologiyası ilə əkilib. Bu tinglər yerli torpaq iqlim şəraitində yüksək məhsuldarlıq göstərərək barama istehsalı üçün keyfiyyətli yarpaq çıxımına malikdir. Bu baxımdan Dövlət Proqramının icrası məqsədilə Aqrar Elm və İnnovasiya Mərkəzinin Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinə məxsus 1 hektarlıq torpaq sahəsində Çindən əvvəlki illərdə ölkəyə gətirilmiş tinglərin budanmasından əldə olunan zoğlardan istifadə edərək müasir texnologiya əsasında tingçilik təsərrüfatı yaradılıb. Bu tingçilik təsərrüfatında 200-250 min tingin yetişdirilməsi nəzərdə tutulub. Bunun üçün sahəyə üzvi və mineral gübrələr verilib, dərin şum aparılıb, 90 santimetr ara məsafəsi olmaqla tirələr düzəldilib və tirələrin üzəri qara rəngli polietilenlə örtülüb. Əldə edilmiş zoğlar 10 santimetr ara məsafəsi olmaqla tirələrin üzərinə basdırılıb. Polietilen örtüyün çəkilməsində məqsəd torpaqda nəmliyi qorumaq, buxarlanmanın qarşısını almaq və alaq otlarının inkişafını məhdudlaşdırmaqdan ibarətdir. Birinci ildə köklənmiş tinglərin ikinci ildə sahələrə köçürülməsi nəzərdə tutulub. Artıq üçüncü ildən başlayaraq bu tinglərdən istifadə etməklə yeni bağların salınması həyata keçiriləcək.

Bununla əlaqədar olaraq, Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin sahəsində kümçü fermerlər üçün tarla nümayişi keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin Təhsil və təlim şöbəsinin müdiri İmran Cümşüdov, Tərtər RAEİM-in direktoru Məhərrəm Əliyev, Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mehman Babayev tərəfindən müasir texnologiya əsasında yeni tingçilik təsərrüfatında əkin, məhsuldar tut (çəkil) tinglərinin aqrotexnikası izah olunub, eyni zamanda, fermerlərin çoxsaylı sualları cavablandırılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR