Slimfit
  1. DÜNYA

Müasir müharibələrin əsas “silahı” – Muzdlular

Müasir müharibələrin əsas “silahı” – Muzdlular
Sakura

Müasir müharibələrin əsas “silahı” – Muzdlular

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Liviya ərazisi bir sıra ölkələrin muzdlularının sığınacağına çevrilib.

“Yeni Sabah” bildirir ki, Peskovun sözzlərinə görə, Rusiya vətəndaşlarının güc dünyasında bu cür qarşıdurmalarda iştirak etməsi ölkə rəhbərliyini narahat etsə də, hökumətin bütün vətəndaşların hərəkətlərinə nəzarət etməsi mümkün deyil.

Məsələ ondadır ki, Liviyada Rusiyanın “Vagner” təhlükəsizlik şirkətinin mövcudluğunu Türkiyə prezidenti dilə gətirib. Bundan əvvəl isə “Vagner”in Suriyada artıq 5 ildən çoxdur ki, fəaliyyət göstərdiyi bildirilir. Hazırda Ukrayna, Yaxın Şərq və Afrikada “Vagner” muzdlularının olduğu iddiaları var.

Bundan əvvəl isə ABŞ-ın Əfqanıstan və İraq müharibələri zamanı “Blackwater” Amerika təhlükəsizlik şirkəti dövlət sifarişi əsasında münaqişə bölgələrində təhlükəsizliyin təmin olunması məqsədi ilə iştirak edib. Lakin sonradan muzdluların qəddar davranışları səbəbindən şirkəti geri çəkib və daha sonra ümumiyyətlə, “Blackwater” adını dəyişib başqa adlı fəaliyyətə başlayıb.

Lakin ümumiyyətlə, 21-ci əsrin müharibələrində təhlükəsizlik şirkəti və ya başqa sözlə muzdlu döyüşçülərin xidmətindən daha çox istifadə olunmağa başlayıb. Çünki nizami ordudan fərqli olaraq muzdluların fəaliyyətləri üçün dövlətlər birbaşa məsuliyyət daşımır, döyüş itkiləri və ya cəbhədə baş verən qanunsuzluqlara görə sonradan hökumətlər yaxalarını qırağa çəkə bilirlər.

Ancaq muzdlu döyüşçülər həm də qəddar savaşçı, bir çox hallarda müharibə qanunlarını nəzərə almayan amansız savaşçılar kimi tanınır. Bu da müasir mühairbələrin daha da qəddarlaşmasına səbəb olur. Yeni müharibələrin əsas silahı məhz bu cür muzdlu əsgərlərdir. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR