Slimfit
  1. TEXNOLOGİYA

Müasir milyonçuların yatırım etdikləri 5 perspektivli texnologiya

Müasir milyonçuların yatırım etdikləri 5 perspektivli texnologiya
Sakura

Müasir milyonçuların yatırım etdikləri 5 perspektivli texnologiya

1.Bərpa olunan enerji

Ekoloji təmiz texnologiyalar səhmdarları daha çox cəlb edir. Beləcə, Bill Gates, Jeff Bezos, Jack Ma, Michael Bloomberg və Richard Branson-dan ibarət milyarderlər qrupu Breakthrough Energy Ventures fondunu yaradırlar. Fondun məqsədi planetdə hər kəs üçün iqlim dəyişikliyinə təkan verməyəcək yaxşı həyat səviyyəsini ( elektrik enerjisi, sağlam qida, rahat yaşayış yeri və nəqliyyat daxil olmaqla) təmin etməkdir.

Fond dünyada istixana qazları tullantılarının miqdarını ildə heç olmasa 0,5 qiqaton azaltmağa qadir ola biləcək şirkətləri ətrafında birləşdirir. Elmi nöqteyi-nəzərdən “boşluqların doldurulması” da vacibdir. Bu sonuncu ona işarə edir ki, fond böyük ehtimalla  yaşıl enerjinin hələ az mənimsənilən sahələrinə pul yatırır.

Hələ ki sözügedən fond 14 şirkətə yatırım edib. Onlar elektroenerjinin, geotermal enerji mənbəyinin və termonüvə sintezi enerjisinin qorunması sistemləri ilə məşğul olan şirkətlərdir.

2.Kosmik uçuşla

Sahibkarlar Elon Musk və Richard Branson kosmik texnologiyaların inkişafına fəal surətdə yatırım edirlər və  bu sənaye işi ilə əlaqədar şəxsi şirkətlərə sahibdirlər. Musk-ın SpaceX, Branson-un isə Virgin Galactic adlı şirkətləri insanların bizim planetin hüdudlarından kənarda da məskunlaşması ilə bağlı arzunu reallaşdırmağa çalışırlar.

Amazon-un rəhbəri Jeff Bezos da onlardan geri qalmr. O, bu istiqamətdə Blue Origin aerokosmik şirkətini təsis edib. 2019-cu ildə, NASA-nın Aya eniş  kosmik aparatlarının prototipini hazırlamaq və istehsal etmək üçün seçdiyi şirkətlərin siyahısında Blue Origin də vardı.

3.Süni zəka

Bu texnologiya Silikon Vadisi sahibkarları üçün ən geniş yayılmış investisiya sahələrindən biridir. Belə ki, Mark Zuckerberg və Elon Musk digər səhmdarlarla birlikdə Vicarious şirkətinə 40 mln. dollar sərmayə yatırıb. Adıçəkilən bu şirkət robotların təlimi və ümumi səviyyəli ( artificial general intelligence, və ya AGI) süni zəkanın yaradılması işi ilə məşğuldur.

Milyarder Mark Cuban isə nitqin tanınması texnologiyasına yatırım edir. Hal-hazırda bütün istahlak elektronikası istehsalçıları öz məhsullarına səsli qoşulmanı tətbiq etmək istəyirlər və səhmdarlar da bu sahəni çox perspektivli hesab edirlər. Cuban deyir: “ Səsli aktivasiya istehlak elektronikasını dəyişəcək və düşünürəm ki, sensorlu və ya səssiz qoşulması olan bütün cihazlar zamanla yox olacaqlar”.

O, təkcə Amazon şirkətinə deyil, kiçik startaplara da sərmayə qoyur.  Yeri gəlmişkən, Amazon özü də nitq texnologiyalarına xeyli yatırım edir. Cuban, “Consumer Electronics Show” adlı istehlak elektronikası sərgisində deyib ki, kiçik startaplara xüsusi diqqət yetirir: “ Bütün dünya üzrə kiçik şirkətlərin stendlərinə baxıram. Bir ədəd masası olan startapların adətən ən maraqlı texnologiyaları olur”.

4.Biotexnologiyalar

Cocaldığını dərk etmək insanı sağlamlığı barədə düşünməyə vadar edir. Əgər zənginsənsə təkcə idmanla məşğul olmaq və düzgün qidalanmaqla kiyafətlənməyib qocalmanı gecikdirən yeni dərman vasitələrinə pul da qoya bilərsən. Bu prosesdən hətta yaxşı gəlir də əldə etmək mümkündür.

Biotexnologiyalar investisiyalar üçün çox perspektivli sahədir. Ona vençur kapitalistlərlə yanaşı, Bezos, Gates kimi nəhənglər də yatırım edirlər. Məsələn, Bloomberg məlumat agentliyinin təsisçisi Michael Bloomberg mikrobioloji müalicə üsullarının işlənib hazırlanmasına yatırım edib. Richard Branson – onlayn həkim qəbuluna düşməyə imkan verən Doctor On Demand tətbiqinə. Bill Gates – mikroorqanizmlərin dizaynı startapı Ginkgo Bioworks-a. PayPal-ın qurucusu Peter Thiel – immun xəstəlikləri dərmanlarına.

5.Ömrün uzanması

Bugün şüurun rəqəmsallaşdırılması – ölümsüzlüyün ən aşkar variantıdır. Alimlər buna nail olmağın yollarını axtarır, milyonçular isə belə layihələrə fəal şəkildə sərmayə edirlər.

Artıq süni DNT-nin köməyi ilə rəqəmsal məlumatları saxlamaq mümkündür. Bunun üçün sıfırlar və ədədlər zülalların ardıcıllığı ( A, T, C, G ) şəklində kodlanır və bir DNT molekuluna sintez edilir. Belə bir molekul test borusunda saxlanılır və xüsusi avadanlıqda deşifrə edilə bilər.

Əlbəttə idrakın kompüterə yüklənməsi əks prosesdir. Amma rəqəmsal texnologiyalarla təbii varlığın birləşdirilməsi faktının özü çox şey vəd edir. Futuroloq və ixtiraçı Ray Kurzweil  belə hesab edir ki, “qeyri-bioloji tərəflər hökmranlıq etməyənə kimi biz  öz bioloji təbiətimizi daha çox itirməkdə davam edəcəyik, amma bioloji hissə öz əhəmiyyətini itirmir”.

Bundan başqa, milyonçuları ömrün uzanması ilə bağlı başqa bir mümkün variant da maraqlandırır – kriogen donma. Bu donma zamanı bədən 196 dərəcə selsiyə kimi soyuyur, bundan sonra isə o çox uzun müddət canl qala bilir. Tibbi texnologiyalar daha da təkmilləşərsə və ölümcül xəstəliklər müalicə edilə bilərsə, nəzəriyyədə bədəni ölümdən dərhal sonra dondurmaq və gələcəkdə onu canlandırmaq da mümkün ola bilər.

Hələ ki, dondurulmuş bədəni canlandırmaq mümkün deyil, amma bir çoxlarının buna böyük ümidləri var. Məsələn, Cryonics Institute amerikan təşkilatının direktoru Dennis Kowalski donma prosesini “gələcəyə aparan təcili yardım maşını” adlandırır.

Mənbə: bizplus.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR