Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Müasir insanların psixi pozğunluqları

Müasir insanların psixi pozğunluqları
Sakura

Müasir insanların psixi pozğunluqları

Dünyadakı, demək olar ki, hər beşinci insanda ruhi pozğunluq olduğunu bilirdiniz? Şübhəsiz ki, yox. Çünki xəstələrin özləri belə onlardakı bu pozuntuların fərqində deyil.

Aşağıdakı yazıda müasir insanlarda tez-tez müşahidə olunan beş psixi pozğunluq haqqında məlumat vermək istəyirik. Yoxlayın, bəlkə də, onların arasında dostlarınızı və ya özünüzü görəcəksiniz.

Patoloji yalan

İnsan şüurlu şəkildə yalan informasiya verməyə, faktları dəyişdirməyə və uydurma hekayələr danışmağa meyillidir. Adətən, bu simptom insanın başqalarının diqqətini cəlb etmək istəyindən yaranır. Maraqlıdır ki, belə pozğunluğu olan xəstələr bəzən dediklərinə, həqiqətən, inanır.

Alimlər 2005-ci ildə normal insan beyninin “patoloji yalançı beyni”ndən çox fərqli olduğuna dair dəlil tapıblar. Belə ki, onlarda prefrontal korteksdəki boz maddənin həcmi 14,2% az, ağ maddənin həcmi 22% artıq olur.

Taycin kyofuşo

“Taycin kyofuşo”, sindromu adından təxmin etdiyiniz kimi, ilk dəfə Yaponiyada kəşf edilib. Onun hərfi tərcüməsi belədir: “şəxslərarası münasibətlərdən qorxusu xəstəliyi”. Bu sindromlu insanlar ətrafdakıları təhqir etmək, incitmək ehtiyacı duyur və özünə qarşı inamı itirir.

Bununla yanaşı, həmin xəstələr hətta başqalarının əhval-ruhiyyəsini görünüşü, hər hansı bir fiziki qüsuru ilə pozmaqdan qorxur (məsələn, həddindən artıq tərləmə, üz qızartıları, kəkələmə və s.). 

“Taycin kyofuşo” sindromlu xəstələr, ümumiyyətlə ictimai fəaliyyətdən qaçır və digər insanlarla ünsiyyətə məcbur qaldığı halda ürək döyüntülərinin sürətlənməsi, panik-atak, nəfəs darlığı və titrəmə kimi hallar hiss edir.

“Otello” kompleksi

“Otello” kompleksi özünü əsassız qısqanclıq, çılğınlıqla göstərən seksual kompleksdir. Adətən, alkoqolun təsiri altında özünü göstərir.

“Otello” kompleksi olan kişi sevgilisini itirməkdən qorxur. Amma onu daha çox narahat edən sevgilisinin onu aldatması və ailəsinin, dostlarının yanında gülünc vəziyyətə salmasıdır. Belə insanı tərəfdaşının ona sadiq olduğuna inandırmaq, demək olar ki, mümkün deyil. Axı qısqanclığın səbəbi yalnız özünün uydurma şübhələrindən qaynaqlanır.

Partlayan baş sindromu

Adından da göründüyü kimi, bu pozğunluqdan əziyyət çəkən xəstələr qəfildən başında səs-küy yarandığını, həmin səsin “partlayana” qədər yüksəldiyini söyləyir:

“Bütün bunlar onların gözü önündə fləş işıqların yanması ilə müşayiət olunur. Yaxınlıqda bomba partlaması kimi bir hiss yaşadır”.

Çox vaxt “Partlayan baş” sindromunun tutmaları yatmazdan əvvəl başlayır. Üstəlik, bəzi insanlar bunu həyatında bir dəfə, digərləri isə gecə boyu bir neçə dəfə yaşayır. Təəssüf ki, alimlər bu pozğunluğu hələ hərtərəfli öyrənə bilməyiblər. Buna görə də onun hazırda müalicəsi mövcud deyil.

Özünə zərər vermə

Özünə zərər vermə və ya “selfharm” intihar səviyyəsinə çatmadan özünə qəsdən zərər verməkdir. “Selfharm” müxtəlif ruhi xəstəliklərin əlaməti ola və ya müstəqil bir sindrom kimi özünü göstərə bilər.

Çox vaxt bu pozğunluqdan əziyyət çəkən insanlar dərilərində kəsiklər açır, özünü yandırır, döyür və ya zəhərli maddələr qəbul edir. Belə xəstələr intihar etmək niyyətində olmasa da, onların 40-60 faizinin sonu ölüm olur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR