Dərc edildi: Baxış sayı: 723
Müasir insanda stresi götürən ərzaq budur – Ofis işçiləri hər gün yesin
Harvard Universitetinin alimləri müasir insanda, xüsusən ofis işçiləri və gənclərdə stresi, əsəbi götürən, azaldan ideal və əlçatan ərzağın nə olduğunu tapıblar.
Medicina.az xəbər verir ki, bu eksperimentdə 3 qrup könüllü iştirak edib, onlar ay ərzində müxtəlif ərzaqlar yeyiblər.
Birinci qrupa daha çox yumurta verilib. İkinci qrupa yulaf yarması sıyığı, üçüncü qrupa tərəvəz.
Təcrübənin sonunda stresə ən çox davamlı qrup birinci qrup olub, hansı ki onlar günə 1-2 yumurta qəbul etmişdilər.
Səhər yeməyinə yulaf sıyığı yeyənlərdə isə qanda şəkərin qəfildən qalxıb, qəfildən enməsi səbəbindən stress hormonu da yüksəlmişdir.
Kolumbiya Universitetinin mütəxəssisləri də streslə uğurlu mübarizə üçün hər gün səhər brokkoli və gül kələmi ilə yumurta omleti yeməyi məsləhət görür.
Ofis işçilərinin stresə davamlı olmaları üçün maqniy ehtiyatı çox olmalıdır. Bunun üçün hər gün balqabaq şirəsi içib, balqabaq tumu qəbul etməkləri lazımdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət