Slimfit
  1. TEXNOLOGİYA

Müasir dünyamızda insanların ən yaxşı "dostu"

Müasir dünyamızda insanların ən yaxşı "dostu"
Sakura
:0

Müasir dünyamızda insanların ən yaxşı "dostu"

İnsan övladının ən üstün uğurlarından biri də telefondur. Telefonların insan həyatına daxil olması ilə həyat heç görülməmiş dərəcədə asanlaşdı. Günlərcə hətta bəzən aylarca göndərdiyin xəbər sadəcə saniyələr içərisində öz ünvanına çatır və sən istənilən adamla danışa, müasir dövrümüzdə isə canlı-canlı danışa bilirsən.Bəs mobil telefonlar nə vaxt kəşf olunub? Hansı üst model telefonlar var?

Mobil telefon. Ən çox şəbəkəli danışma üçün işlədilir. Telefonun ikinci dəfə “dünyaya gəlişi” isə XX əsrin 80-ci illərində simsiz rabitə sisteminin tətbiqi nəticəsində baş verdi. Mobil telefonun ixtirası mühəndis Martin Kuperin adı ilə bağlıdır. Satış məqsədiylə ilk portativ mobil telefon 1983-cü il martın 6-da istehsal olunmuşdur. Həmin gün “Motorolla” şirkəti layihəsinə 100 milyon dollar xərclənən bir aparatı təqdim etdi. Onun çəkisi 794 qram, həcmi isə 33 x 4,4 x 8,9 sm idi. Akkumulyator 8 saat müddətində telefonu işlədə bilirdi. Bu telefonların satış qiyməti 3995 dollar olsa da, minlərlə amerikalı onu almaq üçün növbəyə yazılırdı.Uzun-uzadı təkmilləşdirmələrdən sonra mobil aparata saat, təqvim və digər rahatlığı olan qrafik displey əlavə olundu. 1998-ci ildə peyk rabitəsinin kommersiya istismarından sonra mobil telefon stansiyasının əhatə dairəsindən kənarda işləyən mobil telefonlar meydana gəldi.

Demək olar ki, günü-gündən inkişafı göz qabağında olan mobil telefonların dünya bazarındakı payına görə ən böyük smartfon istehsalçıları hansılardır?

1) Lenovo

Dünya üzrə satış payı: 3%

Lenovo Group Limited Çin şirkəti olmaqla, kompüter və digər elektronika istehsal edir.

Lenovo şirkətinin qərargahı Pekində (ÇXR) yerləşir, lakin şirkət Pekində deyil, Hong Kongda qeydiyyatdan keçib. 2017-ci ildə şirkətin əməkdaşlarının sayı dünyanın 60 ölkəsində 52 min nəfərdən çox oolmuşdur. Şirkət 160-dan çox ölkədə müştərilərə xidmət göstərir. İstehsal etdiyi məhsulları isə bu kimi markalar altında buraxır: Lenovo, ThinkCentre, ThinkPad, ThinkVision, IdeaPad. Şirkətin 46 laboratoriyası, xüsusilə Yokohamada (Yaponiya), Pekində, Şanxayda, Uahanda və Şencendə (Çin), həmçinin Morrisvilledə (Şimali Karolina, ABŞ) araşdırma mərkəzləri var.

2) Vivo

Dünya üzrə satış payı: 8%

Vivo Communication Technology Co. Ltd. – dünya üzrə smartfon istehsal edən ən böyük Çin şirkətlərindəndir.

Vivo, demək olar ki, Qərbdə mövcud deyildir, amma Çin smartfon bazarı o qədər böyükdür ki, ona dünyanın aparıcı istehsalçılarından biri olmağa imkan verir. Hazırda Vivo şirkətinin 4 zavodu var. Onlardan 2-si Çində yerləşir, digərləri isə Hindistan və İndoneziyadadır.

3) Oppo

Dünya üzrə satış payı: 9%

Oppo Electronics Corporation – elektronika istehsalçısı olan Çin şirkətlərindən biridir. 2008-ci ildə Oppo yeni olan portativ elektronika seqmentini açaraq mobil telefonların istehsalına başladı.

Şirkətin istehsal etdiyi smartfonlarda Qualcomm, qismən isə MediaTek prosessorlardan istifadə edilir.

İlk smartfon 2011-ci ildə satışa buraxılmışdı.

4) Xiaomi

Dünya üzrə satış payı: 9%

Xiaomi Corporation – Ley Çzun tərəfindən 2010-u ildə əsası qoyulmuş Çin şirkətidir.

Şirkətin fəaliyyətinin əsasını smartfonların istehsalı durur. 2018-ci ilin 25 oktyabr tarixində şirkət ilk smartfon-slayder olan Mi Mix 3 smartfonu anons etdi.

5) Apple

Dünya üzrə satış payı:12%

Apple – kompüter, audiopleyer, telefon və proqram təminatını istehsal edən Amerika korporasiyasıdır. Apple, fərdi kompüterlərin və qrafik interfeysli əməliyyat sistemlərin istehsalına başlamış şirkətlərdən biridir.

6) Huawei

Dünya üzrə satış payı: 14%

Huawei Technologies Co. Ltd. – telekommunikasiya sahəsində dünyanın aparıcı şirkətlərindən biridir.

2018-ci ilin iyununda Huawei, Samsung və Apple-ı keçərək Rusiyada internet-satışlar üzrə lider olmuşdur.

7) Samsung

Dünya üzrə satış payı: 19%

Samsung Group – əsası 1938-ci ildə qoyulmuş Cənubi Koreya şirkətidir.

Dünya bazarında yüksək texnoloji komponentlərin, inteqral mikrosxemlərin, audio və video qurğularının və məişət texnikasının istehsalı ilə məşhur olub. Smartfonların satış həcminə görə şirkət birinci yer tutub.

Mənbə: youngpress.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR