Slimfit
  1. AZƏRBAYCAN

Müasir Bakı küçələrinin əvvəlki adları necə olub?

Müasir Bakı küçələrinin əvvəlki adları necə olub?
Sakura

Yalnız bu prosesdən təsirlənən klassiklərin və sənət adamlarının adları ilə bağlı təəssüflənmək olar

Keçmiş sovet respublikalarında SSRİ-nin dağılması ilə dərhal küçələrin, rayonların, kəndlərin və hətta şəhərlərin adlarını dəyişdirməyə başladılar.  Hərçənd, bu işləri hansısa zərərli  element hesab edənlər də bəzən tapılır, ancaq bu faktın gerçək tarixi, ictimai-siyasi izahı var və xeyli dərəcədə haqlıdır.  Etirazlar isə ilk növbədə daha  köhnə, sovetdən əvvəlki adların yenidən bərpasına aiddir. Sırf partiya adlarının dəyişdirilməsi isə tam haqlı hesab olunmalıdır. Bundan əlavə, bu hərəkətlərin kökü  oxşar metoddan fəal istifadə edən çar Rusiyasını əvəzləyən Sovetlər Birliyinin özünün yaranması vaxtlarına gedir. Elə həmin addımlar gələcək nəsillərə nümunə oldu. Heç bir respublika, o cümlədən Rusiyanın özü də sələflərinin keçdiyi bu yoldan yan ötmədi. Yalnız bu prosesdən təsirlənən klassiklərin və sənət adamlarının adları ilə bağlı təəssüflənmək olar. Nə qədər fərqli qəbul olunmasından asılı olmayaraq, bu,  tarixin bir hissəsidir. Ancaq postsovet məkanı heç olmasa o faktla fəxr edə bilər ki, bu yalnız onlara və onların qanadının altında olanların keçmişə reaksiyanın özünə xas  formasıdır.

 Ens.az saytı bu yazıda Azərbaycanda yeni və köhnə adların bir qismini təqdim edəcək. Ölkənin keçmişinin gənclər üçün belə  tanış olan müsbət adlarını bir kənara qoyaq. Hələ sovet dövründə onların adları əbədiləşdirilmişdi. O dövrün müsbət cəhəti, bütün birlik ərazisində mədəniyyətə hörmətli münasibət idi. Kiçik Azərbaycan üçün bu sahədə həm keçmişdə, həm də XX əsrdə kifayət qədər görkəmli şəxslər var idi. Beləliklə, əhalinin ünvanları yadda saxlamasını asanlaşdırmaq üçün naviqatorlarda görünən yeni adlara müraciət edək. Axı insanın bildiyini xatırlaması asandır. 

Məhəmməd Əmin Rəsulzadə -  dövlət, siyasi və ictimai xadim, jurnalist, dramaturq. 1918-ci ildə şərqdə ilk Rspublikanın – Azərbaycan Demokratik Cümhuriyyətinin banisi. Ü.Hacıbəyov, H. Sarabski, M. Qənizadə, Hacınski, Sabir və digər tanınmış şəxsiyyətlərin daxil olduğu Bakıda "Nicat" mədəni-maarif cəmiyyətini təşkil etmişdir. Cəmiyyətin əsas vəzifəsi Azərbaycan əhalisini maarifləndirmək, yoxsul ailələrdən olan uşaqlara kömək etmək, onları təhsil almağa cəlb etmək və ehtiyacı olanlara maddi yardım göstərmək idi.

Rəsulzadə Azərbaycan milli istiqlal hərəkatına başçılıq etmişdir. Onun "Bir kərə yüksələn bayraq, bir daha enməz!" ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdur.

(Keçmiş Böyük Knyaz küçəsi - Olqinskaya - Caparidze) 

Şıxəli Qurban oğlu Qurbanov -  dövlət və ictimai-siyasi xadim, ədəbiyyatşünas alim, yazıçı, şair və dramaturq, 1967-ci ildə onun "Milyonçunun dilənçi oğlu" pyesi Üzeyir Hacıbəyov adına Dövlət mükafatına layiq görülüb  (bu mükafatın ilk laureatlarından biridir). II Dünya Müharibəsində hərbi xidmətləri müqabilində  "Cəsarətə görə", "Könniqsberqin tutulmasına görə", "1941-1945-ci illər müharibəsində Almaniya üzərində qələbəyə görə" medallarına layiq görülüb.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi və büro üzvü olarkən  Qurbanov əvvəllər Sovet ideologiyasına uyğun olaraq qadağan edilmiş Novruz Bayramının Azərbaycanda kütləvi şəkildə qeyd olunmasına nail oldu. 20 mart 1967-ci ildə insanlar bayramı qeyd etmək üçün Bakıdakı Qız Qalasının ətrafına toplaşdılar. Bu, onun Moskvaya çağırılmasına və izahat istənməsinə səbəb oldu. Şıxəli Qurbanovu xatırlayanlar üçün onun adı vətəninin layiqli övladının dünyadan vaxtsız gedişi ilə baş tutmayan milli dirçəlişimiz simvollaşdırır.

O, vaxtaşırı mətbuatda çap olunan lirik şeirlərin, poemaların, qısa hekayələrin, tənqidi məqalələrin, eyni zamanda təkcə Azərbaycanın deyil, SSRİ respublikaları, Bolqarıstan və Türkiyə teatrlarının səhnələrində nümayiş olunan bir neçə tamaşanın librettosunun müəllifi idi. Karyeristləri və bürokratları ifşa edən satirik komediyalar yazırdı. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının ən məhsuldar müəllifi idi. Qurbanovun son  pyesi eyniadlı mahnı əsasında yazılmış "Sənsiz" idi. Bu pyesin premyerası 2 iyun 1967-ci ildə M. Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrının səhnəsində baş tutdu. Qurbanova isə tamaşanın premyerasını görmək nəsib olmadı.. Öz sözləri ilə, "Sənsiz" onsuz seyr edildi. 2 may 1967-ci il tarixində əsas məşq günü stomatoloq kabinetindən sağ çıxmadı 

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi və AzSSR Nazirlər Soveti Azərbaycan Dövlət Musiqili Komediya Teatrına  və Zaqatala şəhərində yeni  orta məktəbə Şıxəli Qurbanovun adının verilməsi haqqında qərar qəbul etdi. Lakin 2013-cü ildə Musiqili Komediya Teatrının rekonstruksiyasından sonra Qurbanovun adı onun üzərindən götürüldü. İndi isə Bakı küçələrindən yalnız biri onun adını daşıyır.

(keçmiş Şaxskaya -1923-cü ildən isə  Qırmızı Əsgər)

Əlimərdan bəy Ələkbər oğlu Topçubaşov – ictimai-siyasi və dövlət xadimi, hüquqşünas və jurnalist, Rusiya Birinci Dövlət Dumasının deputatı (1906), ADR parlamentinin sədri.

Azərbaycan Milli Komitəsinə rəhbərlik etmişdir. Rusiyanın federal quruluşunu müdafiə edən Qafqaz Müsəlmanları Konqresinin (aprel 1917, Bakı) və 1-ci Ümumrusiya Müsəlman Qurultayının işlərində iştirak etmişdir. 1917-ci il Fevral inqilabından sonra Ümumrusiya Müəssislər Məclisinə seçilmişdi.1918-ci il dеkabrın 7-də ölkədə yaranmış çox ağır siyasi şəraitdə Azərbaycan Parlamеnti fəaliyyətə başlayan zaman, İstanbulda olmasına baxmayaraq, Ə.Topçubaşov yеkdilliklə Azərbaycanın ilk Parlamеntinin sədri sеçilmişdir. Paris Sülh konfransında ADR nümayəndə heyətinin  rəhbəri olub.

Parisdə Əlimərdan bəy Topçubaşovun yaşadığı binanın fasadına xatirə lövhəsi vurulub.

 (keşmiş  Tatarskaya - Krupskaya) 

Fətəli xan İskəndər oğlu  Xoyski - Azərbaycanlı siyasi xadim, Rusiya imperiyası II Dövlət Dumasının deputatı, Zaqafqaziya Komissarlığı (1917—1918) nəzdində xalq maarif komissarı, Zaqafqaziya Demokratik Federativ Respublikasının ədliyyə naziri. Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra ilk nazirlər şurası sədri və daxili işlər naziri  təyin edilmişdir, bundan başqa AXC-nin ədliyyə naziri  və xarici işlər naziri vəzifələrində çalışmışdır.

(keçmiş yeddinci Naqornaya - Leninqrad prospekti - Sankt-Peterburq) 

Yusif Vəzir Çəmənzəminli -  yazıçı, nasir, dramaturq, tarixçi, folklorşünas və siyasətçi. ADR-in Osmanlı İmperiyasındakı ilk diplomatik nümayəndəsi. Bu təxəllüslərlə yazırdı: "Sərsəm", "Çəmənzəminli Əliquluxan", "Zarasb", "Çəmənzəminli Əli Xan", "Qurban Səid". Mir Həsən Vəzirovun (26 Bakı komissarından biri) əmisi oğlu idi.

 (keçmiş On ikinci Naqornaya) 

Əhməd-bəy Ağaoğlu (Ağayev)  - tanınmış dövlət xadimi, jurnalist və türkoloqdur. Məşhur fransız siyasi nəşri «Journal des débats»-ın İran üzrə müxbiri idi. 1894-cü ildə Londonda IX Şərqşünaslıq Konqresində iştirak etmişdir. 1-ci Ümumrusiya Müsəlman Qurultayının fəal iştirakçılarından biri idi. Ağaoğlunun rəhbərlik etdiyi "İrşad" qəzeti Azərbaycanın ən populyar qəzetlərindən birinə çevrilmişdi. Əhməd bəy Ağaoğlu "Difai" təşkilatının qurucularından biridir. Rus müsəlmanlarından ibarət Türk millətinin yaradılması prosesinin Avropada milli dövlətlərin yaradılması ilə oxşarlığı haqqında  nəzəriyyə irəli sürmüşdü. Rusiya müsəlman xalqlarının birliyinə səbəb olacaq ən vacib prosesi Əhməd bəy, mədəni və dil birliyini və Rusiya müsəlmanlarının cəmiyyətinin daxilində siniflərin yaradılmasını hesab edirdi. Daha sonra Türkiyədəki əsas mətbuat idarəsinin direktoru oldu. Türkiyə Böyük Millət Məclisinə Qarsdan millət vəkili seçildi.

(keçmiş Dzerjinski)

Səməd Ağa Ağamalıoğlu - siyasət və dövlət xadimi, Zaqafqaziya Seyminin üzvü, Azərbaycan Milli Şurasının üzvü, Azərbaycan SSR Xalq Təsərrüfatı Komissarı (1920), Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri, ZSFSR Mərkəzi İcraiyyə Komitəsinin sədrlərindən biri. ADR parlamentində Hümmət partiyasının Menşevik qanadını təmsil edirdi (1918-1920). Azərbaycanda yeni türk əlifba islahatının rəhbəri kimi məşhurlaşdı. Şərqdəki inqilabi hərəkat, mədəni inqilab haqqında bir sıra əsərlərin müəllifidir.

(keçmiş Vodovoznaya - Şirşov - Almaz İldırım) 

Məşədi Əzizbəy oğlu Əzizbəyov - Azərbaycanda bolşevik hərəkatının əsas siması, ilk marksist azərbaycanlılardan biri, türk inqilabçı ziyalılarının nəslinə mənsub idi. "Hümmət" təşkilatının rəhbərlərindən biri, RSDLP və "Ədalət" Fars Sosial Demokrat Partiyasının Mərkəzi Komitəsinin üzvü, vilayət komissarı və Bakı SNK daxili işlər komissarının müavini idi.  Güllələndikləri iddia olunan 26 Bakı Komissarınıdan biri idi. 

(keçmiş Vorontsovskaya - Fənərli (fonarnaya) - İslam Səfərli)

Hüsü Hüseynəli oğlu Hacıyev -  partiya və dövlət xadimi. Qubadlı, Qaryagin (ind. Füzuli-red.), Laçın, Ağdam və Quba bölgələrində məsul vəzifələrdə çalışmışdır. AKP (b), AzKPMK və ZaqMİK təsinin üzvü seçilib. 1930-cu ildə H.H. Hacıyev ədliyyə xalq komissarı, sonra isə Azərbaycan SSR prokuroru təyin edilib. 1931-ci ildə Ağdaş rayonunda çayın daşmasının nəticələrinin aradan qaldırılması zamanı Sovet rejiminin düşmənləri tərəfindən öldürülüb.

(keçmiş Bazarnaya - indi Azərbaycan prospekti)

Vəli Hüseyn oğlu Məmmədov -  dövlət və partiya xadimi, filoloq, yazıçı və publisist. SSRİ xalq deputatı. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin elm və mədəniyyət şöbəsində çalışıb, Bakı şəhər partiya komitəsinin katibi, Siyasi Maarif Evinin rəhbəri vəzifələrində işləyib. Yenidənqurma illərində siyasətlə məşğul idi.

Rusiya-Qazaxıstan sülhməramlı missiyasının üzvlərini və Azərbaycanın bir sıra yüksək vəzifəli şəxslərini, o cümlədən Vəli Məmmədovu daşıyan helikopter 20 noyabr 1991-ci ildə Qarabağ üzərində vuruldu.

(keçmiş Buxara - Hertsen)

Afiyəddin Cəlil oğlu Cəlilov - siyasi və dövlət xadimidir. 1991-ci ildə Azərbaycan Respublikası Ali Soveti Sədrinin müavini seçilmişdir. 1994-cü ildə qətlə yetirilib.

(keçmiş 1-ci  Zavod - Qaqarin)

Ruhulla Əli oğlu Axundov - Azərbaycan inqilabçısı, Sovet partiyası və dövlət xadimi, publisist, alim, Azərbaycan SSR Xalq Maarif Komissarı. Sov.İKP Zaqafqaziya Regional Komitəsinin katibi seçilmişdi. SSR Elmlər Akademiyasının Azərbaycan şöbəsinin təşkili və idarə olunmasında iştirak etmişdir. Tarix, incəsənət, ədəbiyyatla bağlı bir sıra əsərlərin müəllifi, iki cildlik rus-azərbaycan lüğətinin redaktoru (1928) olub. Bir sıra məsələlərdə anti-milli fəaliyyəti ilə yadda qalıb. Repressiyaya məruz qaldı və güllələndi.

(keçmiş 4-cü Sverdlov) 

Əziz Məmmədkərim oğlu Əliyev - Sovet dövləti və partiya xadimi, diplomat, Azərbaycan SSR Səhiyyə Xalq Komissarı (1939-41), Azərbaycan SSR Ali Sovetinin sədri (1941-44), Ümumittifaq Kommunist Partiyası Dağıstan Regional Komitəsinin birinci katibi , SSRİ Səhiyyə Nazirliyində, sonra isə SSRİ Nazirlər Sovetində, Ümumittifaq Bolşevik Kommunist Partiyası Mərkəzi Komitəsinin müfəttişi olaraq Moskvaya işə köçürüldü. Oftalmoloq, akademik, Zərifə Əliyevanın atasıdır.

(keçmiş Mixaylovskaya - Zevin – İncəsənət - Həsən Əliyev)

Həsən Paşa oğlu Rəhmanov - partiya xadimi, Kommunist Partiyası Naxçıvan regional komitəsinin birinci katibi. Dövlət və partiya xadimi Hüseyn Rəhmanovun qardaşı, professor Həzi Rəhmanovanın atası (HİV infeksiyası və yoluxucu hepatologiya sahəsində aparıcı mütəxəssis, professor, Sankt-Peterburqda baş yoluxucu xəstəliklər mütəxəssisi). Ölümündən sonra bəraət alıb.

(keçmiş Bailovskaya 6)

Elçin Teymurov - ötən əsrin ortalarına aid uşaq yazıçısıdır. Dövlət xadimi. Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinin rəhbəri olub, mədəniyyət nazirinin müavini vəzifəsində çalışıb.

(keçmiş Diaqonal - Niyazi Hakimzadə)

Mənbə: zen.yandex.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR