Slimfit
  1. AVTO VƏ MOTO

Müasir avtomobillərdə ən faydasız 5 funksiya

Müasir avtomobillərdə ən faydasız 5 funksiya
Sakura

Müasir avtomobillərdə ən faydasız 5 funksiya açıqlanıb

Müasir avtomobillər potensial müştərilərə müxtəlif işıqlanma və əlavə seçimlər təklif edir. Son müddəa isə istehsalçı və ya dilerin müştəridən daha çox pul əldə etmək cəhdidir. Əlbəttə ki, əlavə işıqlanma seçimi var, amma “Avtonovosti dnya” ekspertlər və avtomobil sahibləri ilə tanış olaraq, müasir avtomobillərdə ən lazımsız və faydasız 5 seçimi tərtib ediblər.

“Ekorejim” (qənaət rejimi) göstəricisi

Bu seçim əslində yanacağa qənaət səviyyəsini nümayiş etdirərək, avtomobil sahibinin gözlərini və ciblərini sevindirməlidir. Amma reallıqda alətlər panelindəki bu funksiya ancaq lazımsız yayındıran amilə çevrilir. Heç kim xüsusilə aktiv yürüş rejimində daim “ekonometr”in göstəricilərini izləyəsi deyil.

Ötürmə qutusunun sükanaltı “ləçəkləri”

Əvvəllər sükan altındakı “ləçəklər” ötürmənin çevrilməsinə srəf olunmuş hər saniyə vacib olan xüsusilə hazırlanmış maşınların yarışında istifadə olunurdu. Belə seçimi yol idman maşınları üçün də təklif edirdilər. Amma indi “ləçəklər”ə lazım olmasa da, adi şəhər avtomobillərində əlavə seçim kimi rast gəlmək olar.

Səsli idarəetmə

Bu seçim hazırda bütün modellərdə düzgün işləmir. Hərəkət edən avtomobildə kənar səs-küyün olması, həmçinin təkmilləşməmiş tanıma alqoritmi çox vaxt sistemin sadəcə sürücünün əmrləri və sorğularını anlaya bilməməsinə gətirib çıxarır.

“İdman” paketləri

Marketoloqların əla fikri olan zavod tüninqi heç də bütün avtomobilləri unikal etmir. Bundan başqa, belə staylinq paketlər texniki təchizatı standart vəziyyətdə saxlayaraq, ancaq maşının eksteryerini dəyişir. Nəticədə alıcı dinamik göstəricilərin dəstəkləmədiyi “idman” xarici parçalarını əldə edir.

“Gecə görünüşü” funksiyası

İlk baxışdan, sutkanın qaranlıq vaxtında təhlükəsiz gedişi artırmağı nəzərdə tutan çox faydalı şey kimi görünür. Problem bundadır ki, bu sistem hələ təkmilləşməyib, onun işinin keyfiyyəti və reallaşması hələ də yaxşı deyil. Bəzən “gecə görünüşü” görüntüsü mərkəzi konsolun displeyinə çıxarılır, bu da baxanı yoldan yayınmasına məcbur edir. Bu seçimli avtomobil sahiblərinin əksəriyyətinin sözlərinə görə, ondan nadir hallarda istifadə edirlər, əsasən ondan maraqlı əyləncə kimi istifadə olunur.

 

Mənbə: avtonovostidnya.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR