Slimfit
  1. GÜNDƏM

MTRŞ sədri: “Yerli seriallar gənc nəslin tərbiyəsini pozur”

MTRŞ sədri: “Yerli seriallar gənc nəslin tərbiyəsini pozur”
Sakura

MTRŞ sədri: “Yerli seriallar gənc nəslin tərbiyəsini pozur”

“Bizim iradlarımızdan sonra telekanal rəhbərləri müəyyən addımlar atmağa çalışırlar. Amma çox təəssüf ki, teleseriallarda ölkədə həyat tərzi eybəcər formada göstərilir. Sanki Azərbaycan ailəsi ancaq belə olmalıdır”.

Bu barədə APA-ya Milli Televiziya və Radio Şurasının (MRTŞ) sədri Nuşirəvan Məhərəmli bildirib.

Onun sözlərinə görə, serial çəkənlər bu barədə yaxşı-yaxşı düşünməlidirlər: “Bəzən telekanallar ifrat gülüş yaratmaq üçün həddindən artıq şişirtmələrə yol verirlər, aktyorlar sünilik edirlər. Seriallar cəmiyyətə normal mesajlar çatdırmalıdır. Çox təəssüflə bildirirəm ki, yerli seriallar gənc nəslin tərbiyəsini pozur. Gənc nəsil həmin seriallara baxanda düşünür ki, Azərbaycan kişisi və qadını elə bu cürdür. Gülüş naminə belə şeylər etmək olmaz!”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR