Slimfit
  1. AZƏRBAYCAN

MTRŞ radio proqramlarının səviyyəsindən narazıdır

MTRŞ radio proqramlarının səviyyəsindən narazıdır
Sakura

MTRŞ radio proqramlarının səviyyəsindən narazıdır

 

Azərbaycan Respublikasının əksər ərazilərində ölkə televiziya və radio proqramlarının monitorinqi aparılıb və xarici televiziya və radio yayımlarının yaratdığı interferensiyaların səviyyələri ölçülüb. Nəticələr onu göstərir ki, bu gün Azərbaycanda radio proqramlarının FM yayımı hələlik lazımi səviyyədə deyil.

Oxu.Az xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) 2019-ci il üzrə hesabatında qeyd olunub.

Monitorinqin nəticələri göstərib ki, ölçmə aparılmış ərazilərdə ölkəmizin televiziya proqramlarının yayımı normaldır, ölçülmüş sahə gərginlikləri minimal həddən aşağı deyil. Lakin ölkəmizin radio proqramlarının FM yayımı hələlik lazımi səviyyədə deyil.

Bununla yanaşı, ölkə ərazisində xarici ölkələrin həm televiziya, həm də radio proqramlarının geniş şəkildə yayımlanması qeyd olunub. Belə ki, cənub bölgəsində İran İslam Respublikası, cənub-qərb bölgəsində isə həm İran İslam Respublikası, həm də ölkəmizin işğal olunmuş ərazilərindən yayımlanan televiziya və radio dalğalarının yaratdıqları sahə gərginlikləri yüksəkdir və sayca çoxdur. 

Bu isə interferensiyaların yaranmasına səbəb olur. Xüsusən cənub-qərb bölgəsində ölkəmizin bir necə FM proqramı yayımlandığı ərazilərdə xarici radio proqramlarının FM yayımı 10-a yaxın xarici stansiyadan aparılmaqdadır. Müşahidə olunub ki, eyni xarici radio proqramı bir neçə xarici stansiyadan yayımlanır. İran İslam Respublikası ərazisindən amplitud modulyasiyası ilə işləyən radiovericilərin də fəaliyyət göstərdiyi aşkar olunub.

Aparılan monitorinqlərin nəticələri ölkənin müxtəlif aidiyyəti təşkilatlarından olan mütəxəssislərlə birgə təhlil olunub, müvafiq hesabat və təkliflər hazırlanıb. 

Könül Cəfərli

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR