Slimfit
  1. AZƏRBAYCAN

MTRŞ Azərbaycanda ilk dəfə rəqəmli radio yayımı üçün diapazon ayırıb

MTRŞ Azərbaycanda ilk dəfə rəqəmli radio yayımı üçün diapazon ayırıb
Sakura

MTRŞ Azərbaycanda ilk dəfə rəqəmli radio yayımı üçün diapazon ayırıb

Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən 11-ci televiziya yayım kanalının B diapazonu Bakı şəhəri və Abşeron yarımadasında DAB+ standartı üzrə rəqəmli radio yayımı aparmaq üçün ayrılıb.

Bu barədə ONA-ya MTRŞ-nin şöbə müdiri İsa Məmmədov məlumat verib.  

O bildirib ki, bu yayım zamanı 12 radio proqramı Bakı şəhəri və Abşeron yarımadası ərazisində təxminən 256 kbit/san sürəti ilə stereo formatında yayımlanacaq: “Bundan başqa, titrlər formasında əlavə məlumatların (dataların) verilməsi də nəzərdə tutulur. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin “Teleradio” İstehsalat Birliyi bu yayımı həyata keçirmək üçün 1 kVt gücündə olan radiovericini istismara verəcək. Radiovericinin əhatə zonası təxminən 80-90 km olacaq”. 

İ. Məmmədov qeyd edib ki, Avropa ölkələrinin əksəriyyətində DAB və ya DAB+ standartlı rəqəmli radio yayım həyata keçirilir: “DVB-T standartı üzrə rəqəmli radio yayımının aparılması isə o qədər də effektli sayıla bilməz. Çünki bunu yalnız DVB-T televiziya qəbulediciləri dəstəkləyə bilir. Lakin, Norveçdən başqa, bütün ölkələrdə bu yayım analoq radio yayımı ilə paralel aparılır. Bizim ölkəmizdə də hələlik analoq radio yayımının dayandırılması gündəlikdə yoxdur”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR