Dərc edildi: Baxış sayı: 710
MSK-ya müraciət etdi, namizədliyi qeydə alındı
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 21 saylı Nəsimi birinci seçki dairəsindən öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Rəşid Həsənovun müraciətinə baxılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə MSK-nın üzvü İlkin Şahbazov məlumat verib. İ. Şahbazov bildirib ki, H. Rəşidin namizədliyinin qeydə alınmaması ilə bağlı dairə seçki komissiyasının qərarı əsassızdır.
Belə ki, araşdırma nəticəsində namizədliyini irəli sürmüş şəxsə məxsus olduğu iddia edilən avtomobilin sadəcə onun istifadəsində olduğu sənədlərlə təsdiq olunub.
MSK DSK-nın qərarını ləğv edib və H. Rəşidin deputatlığa namizədliyi qeydə alınıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət